Xəbər lenti
Bakı-Ağdam sərnişin qatarının fəaliyyəti 32 ildən sonra BƏRPA EDİLDİ
Bu gün Bakı-Ağdam sərnişin qatarının fəaliyyəti 32 ildən sonra bərpa edilib.Uzun fasilədən sonra baş tutan bu tarixi səfərdə media nümayəndələri, ekspertlər və tanınmış ağdamlılar iştirak edirlər.
Bu münasibətlə Ağdam vağzalında xüsusi tədbir keçiriləcək və konsert proqramı təşkil olunacaq.
Bununla da, bu gün Bakı ilə Ağdam arasında dəmir yolu əlaqəsi rəsmi şəkildə bərpa olunur.
Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişindaşımalar Bakı-Xankəndi-Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı-Ağdam-Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.
Bakı-Ağdam-Bakı dəmir yolu Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın bu bölgədə nəqliyyat imkanlarının genişlənməsinə, bütövlükdə Böyük Qayıdışa mühüm töhfə verəcək. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































