Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı-Ağdam sərnişin qatarının fəaliyyəti 32 ildən sonra BƏRPA EDİLDİ

Tarix: 30-08-2025 08:52     Baxış: 3259 A- / A+
Bu gün Bakı-Ağdam sərnişin qatarının fəaliyyəti 32 ildən sonra bərpa edilib.

Uzun fasilədən sonra baş tutan bu tarixi səfərdə media nümayəndələri, ekspertlər və tanınmış ağdamlılar iştirak edirlər.

Bu münasibətlə Ağdam vağzalında xüsusi tədbir keçiriləcək və konsert proqramı təşkil olunacaq.
Bununla da, bu gün Bakı ilə Ağdam arasında dəmir yolu əlaqəsi rəsmi şəkildə bərpa olunur.

Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişindaşımalar Bakı-Xankəndi-Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı-Ağdam-Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.

Bakı-Ağdam-Bakı dəmir yolu Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın bu bölgədə nəqliyyat imkanlarının genişlənməsinə, bütövlükdə Böyük Qayıdışa mühüm töhfə verəcək. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar