Xəbər lenti
“Bu qədər çirkinləşməyin!” QƏNİRƏ PAŞAYEVA QƏZƏBLƏNDİ
“Sosial mediada bir qrup tərbiyəsiz var adımdan yalanlar yazır. Demədiyim sözləri guya mən demişəm kimi yazırlar.Harada, kimə demişəm bilən yox. Bu tərbiyəsizlərin ailəsində, nəslində şəhid varmı bilmirəm, amma mənim çoxdur. Mən Azərbaycan Türküyəm. Çox şükür əslimi-nəslimi də bilənlərdənəm. Bu günə qədər də əlimdən nə gəlibsə də ölkəm üçün, Qarabağ davamız üçün etməyə çalışmışam. Bu adamlara bircə şey demək istəyirəm. Bu qədər çirkinləşməyin”.
Bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.
O, qeyd edib ki, amma təbii ki, bu mənəviyyata sahib insanlara bu sözlərin bir təsiri ola bilməz.
“Neçə illər öncə qardaş Türkiyədə etdiyim bir çıxış zamanı Qarabağ problemindən danışdıqdan sonra, Ermənistanı işğalçı adlandırıb sərt tənqid etdikdən sonra bir adamın hamının yanında yaxınlaşaraq “Türkcə, siz tamamilə haqlısınız, dediklərinizlə razıyam, sizin və bütün azərbaycanlıların yaşadığı üzüntülərdən dolayı çox üzgünəm, sizin əlinizdən öpmək istəyirəm deyib, əlini uzatdıqda hər kəsin içərisində “pasportunuzu verin baxım görüm sizin adınız familyanız nədirmi” deməliydim.
İndi həmin vaxt tədbirdən yayılmış şəkllərin içindən seçib, başına adımdan yalan yazılar yazıb, paylaşıb guya mənə zərər vurmaq istəyən mənəviyyatdan yoxsul bəzi insanlar. Bir də ki, çıxışınızla düşmən millətin mənsubunun hər kəsin içərisində sizdən,xalqınızdan üzr istəməsinə həyatda heç nail olubsunuzmu onu da bilmirəm… Hər halda mən eşitməmişəm…
Heç nə demirəm, keşkə bu ölkə üçün siz də bir şey etmiş olsaydınız, bəlkə məni etdiyiniz bu çirkinliklər bu qədər yandırmazdı. Ən azı mənə milli insan necə olmalıdır, dərsi keçmək üçün mənəvi haqqınız vardı deyərdim…”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.gununsesi.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar