Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə daxili işlər nazirini istefaya nə vadar etdi?

Tarix: 02-09-2016 09:24     Baxış: 3510 A- / A+
Diyarbəkr valilərinin cəzlandırılmasının ilginc səbəbi

Türkiyə daxili işlər nazirini istefaya nə vadar etdi?


Avqustun 31-də axşam saatlarında Türkiyənin daxili işlər naziri Afqan Ala gözlənilmədən vəzifəsindən istefa verib. Hadisə hətta Ankara siyasi kuluarları, media üçün də gözlənilməz olub. Hətta nazirin özü üçün də.

Məsələ burasındadır ki, həmin gün Ala gündüz iş başında olub, Azərbaycanın daxili işlər naziri Ramil Usubovla görüşüb, birgə mətbuat konfrasnı keçirərək FETÖ-yə birgə mübarizə barədə açıqlama verib. Axşam saatlarında isə A.Ala baş nazir Binali Yıldırımla bilrikdə Prezident Sarayına gedib, burda ölkə başçısı ilə 3-lü görüş olub. Görüşdən sonra açıqlama verən Binali Yıldırım A.Alanın istefasını açıqlayıb. Yeni daxili işər nazirinin adı da məlum olub. Bu posta əmək və sosial müdafiə naziri, Trabzon millət vəkili Süleyman Soylu təyin olunub. Yeri gəlmişkən, Soylu 15 iyulda cəsarətli açıqlamaları ilə seçilib, qiyamdan dərhal sonra isə Türkiyə hökuməti içərisində qiyamın arxasında ABŞ-ın dayandığını açıqlayan yeganə nazir olub.

Ancaq hər kəsin diqqəti Alanın üzərindədir. 2013-cü ildən daxili işlər naziri postunu tutan A.Ala daha əvvəl vali olaraq bir sıra bölgələrdə, o cümlədən Diyarbəkrdə çalışıb. A.Ala hakimiyyətin ən etibarlı kadrlardan biri hesab olunurdu və Prezident Ərdoğan onun fəaliyyətindən narazı deyildi, yəni ən azı açıq narazılıq yox idi. Üstəlik DİN strukturları, polis qiyam zamanı sınaqdan yaxşı çıxmışdı. İndi isə Alanın belə qəfil işdən çıxarılmasının və ya istefa verməsinin səbəbləri ilə bağlı bir sıra ehtimallar ortaya atılıb.

İlkin olaraq prezident Ərdoğanın FETÖ ilə mübarizənin aparılması çevrikliyi, eləcə də qurumlar arasında koordinasiyadan narazı olduğu vurğulanır. O cümlədən Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanla aralarının olmadığı haqda şayiələr yayılıb. Bir qədər A.Alanın yaydığı məlumatda 17-25 dekabr 2013-cü il hadisələri zamanı 81 vilayət polis rəisindən 74-nün FETO üzvü olduğu, bölmə rəislərinin hamısının, eləcə də 7 min polis kəşfiyyatının 6500-nün FETO üzvü olduğu qeyd olunurdu.

Afqan Alanın işdən çıxarılması ilə bağlı daha bir versiya ona qiyam gecəsi “əl çatmadığı” ilə bağlı idi. Həmin vaxt ölkə prezidenti də etiraf etmişdi ki, daxili işlər naziri ilə telefonla danışa bilməyib. A.Ala özü isə sonradan bildirmişdi ki, həmin gecə Ərzurumda olub və Ankaraya gəlməyə çalışıb.

Türkiyə mətbuatında yer alan Afqan Alanın vəzifədən getməsi ilə bağlı versiyalardan biri də onun Dolmabahçe sarayında HDP ilə anlaşma imzalayan 5 yetkili dövlət rəsmisindən biri və sonuncusu olmasıdır. 5 nəfərdən hazırda sonuncu vəzifədə qalan şəxs Ala idi.
Alanın vəzifədən getməsi ilə bağlı daha bir maraqlı iddia onun “Diyarbəkr bağlantısı” haqdadır. Türkiyə mediasının yazdığına görə, Ala 2004-2007-ci illərdə Diyarbəkr valisi olaraq çalışıb. Maraqlıdır ki, Ala kimi 2000-ci illərdə Diyarbəkrdə vali vəzifəsini tutmuş iki nəfər Hüseyn Avni Mutlu və Cahit Kıraç FETO istintaqı çərçivəsində həbs olunub. Eyni zamanda Diyarbəkrdə Gülən camaatına məxsus çoxlu sayda məktəb, dərnək, vəqf, hazırlıq kursu qapadılıb. Bu isə FETÖ-nün Diyarbəkrdə güclü olması, valilərin də bu təşkilat ilə bağlarının olması ilə əlaqələnədirilir. Ancaq hələlik Alanın da məhz əvvəlki iki vali kimi bu bağlantıdan həbs olunduğu, yoxsa başqa bir səbəbin olması dəqiq deyil.
Yeri gəlmişkən, kulislərdə Alanın bugünlərdə millət vəkilliyindən istefa edəcəyi və hökumətin qurmağa hazırlaşdığı FETÖ-yə qarşı mübarizə mərkəzinə rəhbər təyin olunacağı, yaxud da ümumilikdə hökumətin FETÖ-yə qarşı mübarizəsini koordinasiya edəcəyi ilə bağlı iddialar da var. Hər halda, bütün bunlara qarşıdakı günlərdə aydınlıq gətiriləcək.

Lakin ortada bir maraqlı nüans da var ki, hələlik təmizləmələr siyasi hakimiyyətə gəlib çatmayıb. Çünki hər kəsə məlumdur ki, Türkiyədə dövlət və ictimai sektorun bütün qatlarında olduğu kimi siyasi hakimiyyətdə də Gülən camaatına yaxın şəxslər var. Bu günə qədər mediada və ayrı-ayrı şəxslərin dilindən “camaat bağlantılı” şəxslər haqda məlumatlar tirajlansa da, bütövlükdə hakim partiya daxilində ifşa prosesi getməyib. Alanın istefası bu prosesin başlanğıcı da ola bilər.

Çünki gələn bilgilərə görə, hakimiyyət artıq bir sıra nüfuzlu şəxslərin də daxil olduğu böyük bir qrupu ifşa etməyə və partiyadan çıxarmağa hazırlaşır. Bu mənada Alanın istefası bu prosesin başlanğıcı ola bilər.

Kənan RÖVŞƏNOĞLU

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar