Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Islam Kərimov sentyabrın 3-də Səmərqənddə dəfn olunacaq " -FOTOLAR

Tarix: 02-09-2016 08:52     Baxış: 4493 A- / A+
“Islam Kərimov sentyabrın 3-də Səmərqənddə dəfn olunacaq "


Özbəkistanın yerli və bəzi xarici KİV-lər prezident İslam Kərimovun ata yurdu olan Səmərqənddə dəfn mərasiminin keçirilməsinə hazırlıq işlərinin sürətlə aparıldığını bildirir.


“Reuters” agentliyinin məlumatına görə, hazırda şəhərin mərkəzi küçələrində genişmiqyaslı təmizlik işləri keçirilir.

Yerli “Fərqanə” xəbər agentliyi də İslam Kərimovun Səmərqənddə dəfninə hazırlıq işlərinin aparıldığını bildirir.

Nəşr, sentyabrın 1-də çəkildiyi iddia edilən şəkillərə əsaslanaraq bildirir ki, Özbəkistan lideri iki qardaşı və anasının məzarı yanında dəfn olunacaq.

Agentlik qeyd edir ki, İslam Kərimovun vəfat etməsi barədə məlumat rəsmi olaraq sentyabrən 2-də elan ediləcək. 78 yaşlı Özbəkistan liderinin dəfn mərasiminin sentyabrın 3-də keçiriləcəyi bildirilir

Məlumata görə, yerli vaxtla 23.00-da göyərtəsində İslam Kərimovun cəsədi olduğu təyyarə paytaxt Daşkənddən Səmərqəndə yola düşüb.

Agentliyin məlumatına görə, MDB ölkələri və digər xarici dövlətlərin rəsmi şəxsləri vida mərasimində iştirak etmək üçün Özbəkistana səfər edəcək.

Yerli “Azadlıq” radiosu Özbəkistanın baş naziri Şövkət Mirzəyevin Səmərqəndə gəldiyini bildirib. Şəhərdə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib, mərkəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, “Fərqanə” agentliyi bundan əvvəl İslam Kərimovun sentyabrın 29-da beyninə qaz sızmasından vəfat etdiyini bildirib. Lakin, İslam Kərimovun vəfat etməsi xəbəri indiyədək rəsmi təsdiqlənməyib.apa.

“Islam Kərimov sentyabrın 3-də Səmərqənddə dəfn olunacaq "


“Islam Kərimov sentyabrın 3-də Səmərqənddə dəfn olunacaq "

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar