Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hamilələrin edə biləcəyi idman – 6 hərəkət

Tarix: 31-08-2016 20:28     Baxış: 2508 A- / A+
Hamilələrin edə biləcəyi idman



Hamiləlik zamanı fit, sağlam və enerjili olmağın yüzlərlə yolu var. Yetər ki istəyin və həkiminizlə məsləhətləşməyi unutmayın.

Kürək ağrısı sizi öldürür, əlləriniz, ayaq biləkləriniz şişib və yata bilmirsiniz. Başqa bir ifadə ilə desək, hamiləsiniz. Bax, elə hamiləlikdən qaynaqlanan bu ağrı və sızıntıları ən aza endirməyin ən yaxşı yolu idmandır. Hamilələr əksərən idman etməkdən qorxurlar, amma bu böyük yanlışdır.


Gerçək təhlükə hərəkətsizlikdir

Hamiləlik hərəkət etmək zamanıdır. Gerçək təhlükə hərəkətsiz olmaqdır. Çünki hərəkətsizlik özü ilə bərabər artıq çəkiləri, yüksək qan təzyiqini, ağrı və damar tutulmalarını, hətta şəkər xəstəliyinə meyilliyi artırır. Unutmayın ki, hamiləlik zamanı şəkəri aşkarlanan qadınların hamiləlikdən sonra 60-70-%i sonrakı dövrdə gerçək şəkər xəstəliyinə yaxalanır.

Həm də idman ruhən də sizi xoşbəxt edər, doğuş sonrası da tez sağalmanıza yardımçı olub artıq çəkiləri vermənizə yardım edir.

Bəs hamiləlik zamanı nə qədər idman etmək lazımdır? Mütəxəssislər hər gün ən az 30 dəqiqə qaçmağı məsləhət görür. 30 dəqiqə orta sürətlə qaçış və ya 10 dəqiqəlik periodla 3 dəfə pilləkənləri çıxmaq.


Aile.lent.az hamilə qadınların etməsi uyğun olan 8 idman növünü təqdim edir.

Üzmək


Üzmək və suda edilən idmanlar hamiləlik üçün mükəmməldir. Həm də su ürək bulanmanızı azaldar , bel ağrılarına və şiş əzələlərə də yaxşı təsir edir.


Aktiv yürüş


Enerjili və fit olmaq üçün yürüşdən daha asan bir idman yoxdur. Ehtiyacınız olan tək şey rahat bir geyim və idman ayaqqabısıdır.


Qaçış

Bir az daha sürətimizi artıraqmı? Arada sürətinizi azaldaraq edəcəyiniz qaçışın da maddələr mübadiləsinə qatqısı çoxdur. Yetər ki yerə sağlam basın və oynaqlarınızı incitməyin.


Qrup idmanı və rəqs

Yüksək templi olmayan aerobik idman və rəqslər ürək ritmini sürətləndirmək, xoşbəxtlik hormonlarını hərəkətə keçirmək üçün mükəmməl bir yoldur. Ancaq böyüyən qarnınızı da nəzərə alıb balans mərkəzini qoruyun.


İdman salonu velosipedi

Yüngülcə tərləmək, ürək ritminizi gücləndirmək və əzələlərin təbii gərginliyini qorumaq üçün mükəmməl bir yoldu. Ancaq həkimlə məsləhətləşməyi də unutmayın.


Ağırlıq qaldırma

İdman edərkən 30 dəqiqədən çox etməyin. Hər setdə 10 dəfə edin. Ya da daha rahat olmaq və zədələrdən qurtulmaq üçün elektrikli alətlərdən istifadə edin. Düzgün pozalarla nəfəs alıb verməyi unutmayın.


Pilates

Hamiləliyə uyğun pilates əzələlərinizi uzadır, daxili enerjinizin bayıra vurmasını təmin edir.

Əzələlərin uzanması və güclənməsi kürək və bel ağrılarınızı ortadan qaldırır. Ən önəmlisi duruşunuzu düzəldir.


Yoqa

Hamilə yoqası ana namizəd üçün ideal bir idmandır. Bədəni elastik edir və dərin nəfəs alma hərəkətləri sayəsində doğuşa mükəmməl bir hazırlıqdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar