Xəbər lenti
Biləcəridəki məktəbə yas düşdü - "Son zəng" çalınmadı, hamı dəfn yerinə getdi - FOTO
Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Laçın rayonu 45 saylı orta məktəb də bu il SON ZƏNG çalınmayıb.
Çünki son zəngə bir neçə gün qalmış 11 ci sinif şagirdi İsmayıl Quliyev dünyasını dəyişib. Müəllimləri və sinif yoldaşları onun tərbiyəli uşaq olduğunu və məktəbdə aktiv şagird kimi tanıdıqlarını elə onun məzarı üstündə qeyd ediblər.
Sinif rəhbəri Xəyalə Əsədova şagirdinin dərslərdə fəal iştirak etdiyini vurğulayıb. “Baxmayaraq, son bir ildə xəstəlik üzə çıxmışdı amma ürəyi məktəblə döyünürdü . Məkətəbə çox bağlı bir insan idi. Dostları arasında hörməti olan şagirdlərimizdən idi…”
İsmayıl xərçəng xəstəliyinə yoluxmuşdu. Oxumaq arzusu isə böyük olub. Əslən Laçın rayonundan idi. El-obasını müəllimlərdən və valideyinlərindən sevsə də hər zaman Qarabağla bağlı tədbirlərdə iştirak edərmiş və o torpaqları görmək hər kəs kimi onunda böyük arzusu idi…
Çox təəssüf ki, əcəl onu cavan yaşında yaxaladı. İsmayıl 2 iyun axşamı dünyasını dəyişib. Sinif yoldaşları , məktəbin direktoru Şakir Əhmədov və məktəbin müəllim kollektivi son zəng günü məktəbə yox onun məzarına yığışıblar. Bütün tədbirləri ləğv edib İsmayılı anıblar. Şakir Əhmədov şagirdinin bu vaxtsız ölümündən sarsıldığını qeyd edib. Digər sinif rəhbəri Təranə müəllimə də, İsmayılın ölümünü sinif və məktəb üçün ağır zərbə olduğunu və heç vaxt onu unutmayacaqlarını vurğulayıb..
Quliyev 2 ci qrupa hazırlaşırdı.a24.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar