Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni deputat işğalçı ordunun sirlərini ifşa etdi

Tarix: 31-08-2016 10:09     Baxış: 4551 A- / A+
Erməni deputat işğalçı ordunun sirlərini ifşa etdi


Ermənistandan işğal altındakı ərazilərə gələn qrup “DQR”-dəki korrupsiya faktlarını araşdırdı; “Arazdan Talışa qədər” - düşmən cəbhəsi erməni deputatın gözü ilə...
Aprel döyüşlərindən sonra Ermənistan hökuməti və erməni diasporunun təşəbbüsü ilə işğalçı orduya yardım kampaniyası həyata keçirilib.

Bu günə qədər 4 milyard 661 milyon erməni dram ( 9 milyon 821 min ABŞ dolları-red.) ianə yığılıb. Onun 2 milyard 101 milyonu (4 milyon426 min ABŞ dolları) artıq xərclənib.
Qondarma “DQR” toplanan pulların hara xərcləndiyini göstərmək üçün Ermənistanın ictimai siyasi xadimlərdən bir qrupunu Azərbaycanın işğal olunan ərazilərinə çağırıb.

Bu qrupun heyətinə deputatlardan Nikol Paşinyan,Tevan Poqosyan, Ovannes Saakyan, informasiya təhlükəsizliyi üzrə ekspert SamvelMartirosyan, razm.info-nun baş redaktoru Karen Vrtanesyan, hüquq müdafiəçisi Artak Kirakosyan, keçmiş deputat Anait Baxşıyan daxil olublar.

12-15 avqust arasında baş tutan səfərdə qrup qondarma “DQR”-in “baş naziri” Araik Arutunyan, “Qarabağ Müdafiə Ordusu”nun komandiri (Ermənistan Silahlı qüvvələrinin Qarabağdakı qruplaşması-red.) Levon Mnatskanyan, “Milli təhlükəsizlik xidməti” inin“direktoru” Arşavir Qaramyanla görüşüblər.

Qrup bütün bu günlər ərzində qoşunların təmas xəttinin hamısını gəzməyə fürsət tapıb.

Erməni deputat işğalçı ordunun sirlərini ifşa etdi


Həmin gəzinti ilə bağlı deputat Nikol Paşinyan xüsusi yazı yazaraq gördüklərini təsvir edib. Paşinyan görüşlə bağlı təəssüratlarını Ermənistanın müdafiə naziri Seyran Ohanyanla da görüşdə paylaşıb.

Musavat.com erməni mediasına istinadən həmin yazıdan bölümləri ixtisarla təqdim edir. Erməni deputatın yazısında pafos və yaltaqlığın olduğunu qeyd etməklə (Paşinyan Ermənistanda hakimiyyətə loyal münasibət bəsləyən müxalifət deputatlarından sayılır) bir sıra maraqlı faktların mövcud olduğunu diqqətə çatdırırıq.

Deputatın sözlərinə görə aprel döyüşlərindən sonra dərs çıxaran Ermənistan silahlı qüvvələri burada ciddi müdafiə-tikinti tədbirləri həyata keçirir.

Nikol Paşinyan Ermənistan artilleriyasının müharibədə effektli hərəkət etdiyini iddia edib. Onun sözlərinə görə Ermənistan artilleriyasının Azərbaycanın Qaradağlı kəndində yerləşən mövqelərini atəşə tutması nəticəsində Azərbaycan ordusu 3 tank, 200 əsgər itirib. (?!)
Erməni deputat artilleriya atəşinin Azərbaycan ordusunun Ağdam-Əsgəran-Xankəndi istiqamətində hücumunu dayandırdığını bildirib.

Paşinyan Azərbaycan ordusunun qəfil hücumunun müəyyən edilməsi və qarşısının alınması üçün təmas xəttində kəşfiyyat-rabitə işlərinin gücləndiyini qeyd edir.

Erməni deputat bununla bağlı olaraq texniki planda bir çox işlərin görüldüyünü yazıb.
Onun sözlərinə görə Ermənistan ordusuna yeni prinsiplərlə və keyfiyyətlə çalışan alternativ rabitə vasitələri gətirilib.

O iddia edir ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri tərəfindən dinlənilmək qorxusu olmadan baş qərargahla əlaqə saxlaya bilir.

Bundan başqa yeni modernizasiya olunmuş rabitə vasitələri ilə cəbhə xəttinin yuxarı komandanlıq tərəfindən vizual olaraq izlənilməsi üçün şərait yaradılmasının nəzərdə tutulduğu qeyd edilib.

Həmçinin, təmas xəttində hər bir posta gecə görmə cihazları quraşdırılıb. Lakin erməni deputat gecə görmə cihazına malik silahların az olduğunu qeyd edir.

Paşinyanın diqqət etdiyi və vurğuladığı xüsusatlardan biri də postlarda elektrik enerjisinin çatışmazlığıdır. Paşinyan bu məsələnin bir neçə üsulla həll edildiyini yazır. Paşinyan yanacaqla işləyən daşınar generatorların baha başa gəldiyi üçün postlarda mobil günəş elektrik stansiyalarının quraşdırılmağa başladığını yazıb.(?!)

Erməni deputat işğalçı ordunun sirlərini ifşa etdi
Erməni deputat işğalçı ordunun sirlərini ifşa etdi


Erməni deputat həmin stansiyalardan birinin və ona quraşdırılan akkumlyatorun fotosunu da nümayiş etdirib.

Paşinyanın sözlərinə görə bu sistem hələ eksperiment ərəfəsindədir. Əgər özünü doğrulda bilsə kütləvi istehsala başlanılması nəzərdə tutulur.

Paşinyan ön xətlərin su ilə təchiz olunmasında da işlərin görüldüyünü qeyd edir. Erməni deputat itirilən Lələ-təpə (erməni deputat buranı Varazatum yüksəkliyi də adlandırıır) qarşısındakı postlarda onlarla postun su ilə təmin edilməsi üçün kəmərlərin çəkildiyini yazır.
Paşinyan aprel döyüşlərində Ermənistan ordusunun 15 postu itirdiyini də qeyd edib.

Erməni deputat işğalçı ordunun sirlərini ifşa etdi

Erməni deputat işğalçı ordunun sirlərini ifşa etdi


Erməni deputat ordunun postlar arasında yolların düzəldilməsi işlərinə başladığınıbildirib.
Onun sözlərinə görə bununla bağlı cəlb olunan texnika əsasən mülki şəxslər tərəfindən təqdim olunub.

Erməni deputat işğalçı ordunun sirlərini ifşa etdi


Nikol Paşinyan bununla bərabər mühəndis istehkam işlərinin aparılması üçün vəsait və texnikanın azlığındandan şikayətlənib.

Erməni deputat işğalçı ordunun sirlərini ifşa etdi


Qondarma “DQR”-in “baş naziri”Araik Arutunyan isə erməni ictimaiyyətində ayrılan vəsaitlərin Qarabağda mənimsənildiyi barədə xəbərlərdən hiddətləniklərini bildirib. “Bizim ailələrimiz burdadır. Məgər bu pulları sabah türklərin bizi qırması üçün yeyib dağıdırıq?”.

Paşinyan bu mövzunun səfər vaxtı çox müzakirə olunduğunu yazıb.
Lakin erməni deputat qondarma qurumun daxilində tüğyan edən korrupsiya və rüşvətin, habelə rejimə qarşı çıxanların təqib edilərək döyülməsi faktlarının onlara olan inamı azaltdığını da qeyd edib.

“İanələrin coğrafiyasına göz yetirən kimi bu inamsızlığın öz qara işini gördüyünü müşahidə etmək olar” - deyə erməni deputat yazır: “Aydın məsələdir ki, toplanan 4 milyard 661milyon dramın yarısı inzibati metodlar yolu ilə dövlət təşkilatları tərəfindən göndərilib.
Rusiyadan gələn ianələr ümumi məbləğin 20 faizini, ABŞ-dan toplanan pullar isə 2,5 faizini təşkil edir. Fransa isə sadəcə 800 min dram və ya ümumi məbləğin 0,2 faizini göndərib”.
Erməni deputat bununla bağlı maraqlı bir informasiyanı da bölüşüb.

Qondarma respublikanın “Milli təhlikəsizlik xidməti”nin direktoru Araik Qaramyan qeyd edib ki, erməni diasporundan bir nəfər öz hesabına Qarabağda yerləşən hərbi hissələr üçün infraqırmızı binokllar alıb göndərib. Sonradan həmin adam sosial şəbəkələrdə binoklların səngərlərə gedib çatmadığını yazıb.

Qaramyanın sözlərinə görə isə binokllardan ona görə istifadə olunmayıb ki, axşam vaxtı həmin cihaz erməni əsgərlərini Azərbaycan snayperləri üçün hədəfə çevirir.
Lakin Paşinyan məsələ ilə bağlı tamamilə başqa informasiyaların da olduğunu yazıb.

Nikol Paşinyanın yazdığına görə qondarma“DQR”in nümayəndələri səfər ərzində həmişə geriyə deyil, irəliyə baxmaqdan dəm vurublar: “Lakin bəzi suallar öz cavabını tapmalıdır. Nə üçün Talışda bu qədər ərazi itirildi. Çünki başqa postlardan fərqli olaraq Talış ətrafı postların hamısı gecə görmə cihazları ilə təchiz olunmuşdu. Nə üçün Lələ-təpə yüksəkliyi təslim edildi”.

Deputat bu suallara “hərbi sirr” səbəbi göstərilərək birbaşa cavab almadıqlarını yazıb.
Hər halda Paşinyan əsas faktorlardan biri olaraq komanda vəzifələrinə təhsili, biliyi olmayan, iradəyə malik olmayan adamların təyin edilməsinidə gördüyünü bildirir.

Paşinyan bu səbəbdən Ermənistan ordusunda böyük dəyişikliklər aparıldığını qeyd edib. Yazıda Madaqizdə (Tər-Tər rayonunun ərazisi-red) yerləşən hərbi hissə komandirlərinin vəzifədən azad olunduğu, cənub diviziyası komandirliyinə isə Cəlal Arutunyanın gətirildiyi qeyd olunub.

Paşinyan bu mənada “DQR”“ordusu”nun komandanı Levon Mnatsakanyanı tərifləyib və onu orduda islahat aparmağa qadir adam kimi təsvir edib.

Erməni deputatın fikrincə Azərbaycan ordusu qəfildən hücum imkanlarını artıq itirib.

Nikol Paşinyan Lələ-təpə tərəflərə də baş çəkdiyini yazıb. Paşinyan vaxtı ilə bu postun bölgənin ən nümunəvi, yüksək vəzifəli şəxslərin tez-tez baş çəkdiyi, hətta “prezident postu” adlandırıldğını yazır: “Heç kim bu postun əldən gedəcəyinə inanmırdı, elə məhz bu əminlik postun getməsinə səbəb olub”.

Paşinyan döyüşlər zamanı dağıdılan Talış kəndindən demək olar əsər qalmadığını da yazıb.

Erməni deputat işğalçı ordunun sirlərini ifşa etdi


N.Paşinyan Talışın Azərbaycan ordusu tərəfindən nişangah altında olması səbəbindən boşaldılğını yazır. Erməni deputat bu mənada Azərbaycanın Tap Qaraqoyunlu kəndini nümunə çəkir: “Bu kənd bizim qoşunların lap burnunun dibində yerləşir və oradakı dağıntılar Talışdakından da az olmayıb. Lakin hərbçilər kənddə adamların yaşadığını söyləyirlər. Bəlkə də Azərbaycan hökuməti öz kəndini qorumaq üçün milyonlar xərcləyir, lakin məsələ təkcə pulda deyil”...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar