Xəbər lenti
Dərs bölgüsü zamanı bunlar əsas götürüləcək -VİDEO
Növbəti tədris ilində Azərbaycanda müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi zamanı onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr əsas götürüləcək. Müəllimlərin dərs saatları onların imtahanda göstərdikləri nəticələrə uyğun olaraq müəyyənləşəcək. Amma istənilən halda zəif nəticə göstərən müəllimlərə də dərs saatı veriləcək.
Bu isə valideynlərin narazılığına səbəb olur. Çünki heç kim istəmir ki, övladına zəif müəllim dərs desin.
Diaqnostik qiymətləndirmədən göstəriciləri yüksək olan müəllim daha çox dərs saatı ilə təmin ediləcək. Növbəti tədris ilindən zəif nəticə göstərən müəllimlərə az dərs veriləcək.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyir ki, diaqnostik qiymətləndirmənin məqsədi müəllimləri işdən azad etmək deyil. Yəni az bal toplayanlar da işlə təmin ediəcək.
Lakin zəif müəllimlərə az da olsa dərs saatının verilməsi valideynləri narahat edir. Çünki heç kim istəmir ki, onun övladına zəif müəllim dərs desin.
Təhsil Nazirliyi də zəif müəllimlərin öz üzərində işləmləri, daha da peşəkarlaşdırılması üçün tədbirlər nəzərdə tutub.
Diaqnostik qiymətləndirmədə 150 min müəllim iştirak edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar