Xəbər lenti
Yol polisi reydlərə başladı -Sürücülərin nəzərinə
Manevr.az
Azərbaycanda texniki baxışdan keçməyən xarici ölkə istehsalı olan avtomobillərlə bağlı reydlərə başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyib.
K.Əliyev qeyd edib ki, reydlərə avqustun 1-dən start verilib: "Mayın 1-dən xarici ölkə istehsalı olan avtomobillərə texniki baxışdan keçmək üçün 3 ay vaxt verilib. Bu vaxt artıq başa çatıb. Bu müddət ərzində texniki baxışdan keçməyənlər indi də müraciət edib avtomobilini texniki baxışdan keçirə bilərlər. Çünki texniki baxışdan keçirilməyən nəqliyyat vasitəsinin idarə olunmasına görə, həm fiziki, həm də hüquqi şəxslər inzibati məsuliyyətə cəlb olunur və bunun üçün 50, 100 və 300 manat məbləğində cərimə nəzərdə tutulub. Sürücülər əlavə cərimələr ödəməmək üçün avtomobillərini vaxtında texniki baxışdan keçirməlidirlər".
K.Əliyev bildirir ki, texniki baxışdan keçmədiyi üçün hansısa sürücü barəsində inzibati protiokol tərtib olunarsa, 10 gün ərzində həmin xəta aradan qaldırılmadığı halda, yəni, avtomobil texniki baxışdan keçməsə, sürücüyə yenidən protokol tərtib ediləcək.Trend.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar