Sizin Reklam Burada
Xəbər lenti
07-08-2026
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

Xankəndiyə gedən şəxs oğurluğa görə tutuldu

Tarix: 19-01-2025 19:44     Baxış: 3265 A- / A+


İşğaldan azad edilmiş Xankəndi şəhərinə gəzintiyə gedən şəxs oradan oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, 41 yaşlı A.Musayev şəxsi avtomobili ilə Xankəndiyə gedib. Məqsədi səyahət olsa da, sonrakı əməli heç də yaxşı olmayıb.
İstintaqla müəyyən edilib ki, A.Musayev orada fərdi yaşayış evinə qanunsuz daxil olaraq paltaryuyan maşın, su isidici, videomaqnitofon, kartof qızardan, katric və digər əşyalar götürərək maşınına yerləşdirib. Həmin əşyaların ümumi dəyəri 354 manat olaraq müəyyən edilib.
A.Musayev əşyaları maşına yığan zaman polis əməkdaşları bunu görüb. Onu saxlayaraq polis idarəsinə gətiriblər. Musayev ifadəsində deyib ki, əşyaları yol kənarında sahibsiz gördüyü üçün götürüb. O, evə daxil olaraq əşyaları götürmədiyini söyləyib.
İş üzrə zərərçəkmiş tərəf kimi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tanınıb. Çünki işğaldan azad olunmuş ərazilərdə bütün daşınar və daşınmaz əşyaların mühafizəsi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunub.
Zərərçəkmiş tərəfin nümayəndəsi əşyalar qaytarıldığı üçün şikayətçi olmadıqlarını bildirib.
Məhkəmə təqsirləndirilən şəxs barəsində 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar