Xəbər lenti
Heydər Əliyev istefada olan Yeltsinin ad günündə :Sabiq prezidentin məclisində kimlər iştirak edib? -TARİX
Azərbaycanın sabiq prezidenti, mərhum Heydər Əliyev Rusiyanın dövlət başçısı Boris Yeltsinin istefasından sonra keçirdiyi ad günündə iştirak edib.
Strateq.az bildirir ki, bu barədə Boris Yeltsinin həyat yoldaşı Naina Yeltsina yenicə çapdan çıxmış “Naina Yeltsina – Şəxsi həyat” adlı memurlarında yazıb.
N. Yeltsina qeyd edib ki, 1999-cu il dekabrın 31-də Yeltsin prezident postundan istefa verdikdən bir ay sonra – 2000-ci ilin fevralın 1-də sabiq prezidentin ad günü mərasimi olub. Həmin ad günü məclisində patriarx Aleksiy, prezident səlahiyyətlərini icra edən Vladimir Putin və MDB dövlət başçıları iştirak edib.
N. Yeltsina yazır ki, məclis üçün yemək restorandan sifariş edilməyib: “Hamı bir stol arxasında oturmuşdu. Leonid Kuçma, Aleksandr Lukaşenko, Eduard Şverdnadze, Əskər Akayev, Nursultan Nazarbayev, Heydər Əliyev, İslam Kərimov, Emomali Rahmonov, Robert Koçaryan… Təkcə Türkmənistan prezidenti gələ bilməmişdi. Belə ad günü bizdə yalnız bir dəfə oldu”.
İştirak edənlərəin hər biri Yeltsinin sağlığına badə qaldırıb və sağlıq deyib: “Yeməyi restorandan sifariş etmədik. Hər şey mətbəximizdə hazırlanmışdı. Süfrədə Borisin payızda ovda vurduğu ördəklər də vardı. Onları basdırıb dondurmuşdular. Həmin gün mətbəxdə çoxlu vaxt keçirdim. Deserti özüm bişirdim”.
N. Yeltsina yazır ki, qonaqlar çox gec dağılışıblar: “Xeyli mövzuları müzakirə edib danışdılar. Postsovet ölkələrinin rəhbərləri üçün prezidentin könüllü istefasından sonra Rusiyada vəziyyətin sakit olduğunu bilib-görmək vacib idi”.
N. Yeltsina Putinin varis kimi seçlməsi məsələsinə də toxunub. O yazıb ki, Putinin “qəfildən zuhuru” barədə yazılanlar onu həmişə təəccübləndirib: “Bu, əlbəttə, belə deyil. Boris Vladimir Vladimiroviçə çoxdan, o hələ Sankt – Peterburqda Sobçakın köməkçisi olandan bəri göz qoyurdu. Onu administrasiya rəhbərinin birinci müavini, daha sonra FTX-nın direktoru təyin etdi. Boris Putini təkcə ağıllı və savadlı rəhbər deyil, həm də ləyaqətli insan hesab edirdi. Onun iradəli xarakterini qiymətləndirirdi. Putinin hökumətə başçlıq etdiyi bir neçə ayda Boris əmin oldu ki, Vladimir Vladimiroviçdə ölkənin rəhbəri olmaq üçün lazım olan bütün keyfiyyətlər var”.
N. Yeltsina yazıb ki, Boris Putinin namizədliyini heç kimlə müzakirə etməyib: “Bu, onun şəxsi qərarı idi”.
“Borisin vəfatından sonra danışırdılar ki, guya, Putin bizim ailəyə toxunulmazlıq hüququ verib. Bu, əlbəttə, sayıqlamadır. Boris pərdəarxası sazişlər bağlamağı heç ağlına da gətirmirdi. Onun Putindən yeganə xahişi Rusiyanı qorumaq idi. Bunu isə efirdən hamı eşitdi” –deyə, sabiq birinci xanım xatirələrində qeyd edib.
Qeyd edək ki, martın 14-də Naina Yeltsinanın 85 yaşı tamam olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar