Xəbər lenti 
					
 
		“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var” - Almaz Həsrət

Dövlət İmtahan Mərkəzi ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodiki monitorinqini həyata keçirəcək.
Qeyd edək ki, indiyədək elmi-metodiki monitorinqin aparılmasında iştirak edən ekspertlərə əməkhaqqı büdcədən ödənilirdi. Hazırda isə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan, Təhsil Nazirliyi tərəfindən hansısa dərsliyin monitorinqinin aparılması sifariş edilsə, o zaman qarşılıqlı müqavilə bağlanacaq və proses icra olunacaq.
Ekspert Almaz Həsrət deyir ki, Azərbaycanda dərsliklərin hazırlanması və onların siyasəti yönündə işlər görülür:
“Bütün dərsliklərin Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən monitorinqinin aparılmasına ehtiyac var. Hər iki qurumun nəzarəti gücləndirməsi və qiymətləndirməni aparması daha dolğun nəticəyə əsaslanan və keyfiyyətli dərsliklərin ərsəyə gəlməsində çox yüksək rol oynaya bilər”.
“Bəzən ekspertlərin bilgisi müəllifdən yüksək olmur. Ekspertlərin seçiminə xüsusi diqqət ayrılmalıdır. Hər müəllim ekspert ola bilməz. Ancaq tam mükəmməl biliyə sahib, metodiki cəhətdən potensialı güclü olan müəllimlər dərsliklərin qiymətləndirilməsində iştirka edə bilər” – deyə o bildirib.(sputnik)
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















