Sizin Reklam Burada
Xəbər lenti
03-11-2026
02-11-2026
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycan İslam ölkələri arasında 1-ci , MDB-dən 2-ci, Avropada 7-ci yerdədir"

Tarix: 22-08-2016 19:29     Baxış: 4602 A- / A+
"Azərbaycan İslam ölkələri arasında 1-ci

"Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarından sonra statistik rəqəmlər, idmançılarımızın 18 medal qazanması Azərbaycanı xüsusi yerə qoyur."
"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində bildirib.
O deyib ki, Azərbaycan dünyada idmançıların faydalılığında birinci yerdədir: "Bu, məşhur "Telegraf" agentliyinin yaydığı məlumatda da əks olunub. Həmin məlumatda ABŞ 3-cü yerdə göstərilib. Medal sayı baxımından 207 ölkə arasında 15-ci sıradayıq. Bu da inanılmaz dərəcədə yüksək nəticədir. Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB-dən 2-ci yerdəyik. Bunlar çox yüksək, gözlənilməz nəticələrdir. Medal keyfiyyəti baxımından isə 39-cu sıradayıq. Baxmayaraq ki, "London-2012"də 30-cu idik. Amma gümüş medalların sayı "qızıl"ları ikiqat əvəzləyir. Sevindirici hal odur ki, 2 deyil, 5 idman növündə medal qazanmışıq."
Onun sözlərinə görə, bizi qızıl medal sayında qabaqlayanlar 2, maksimum 3 növdə medal əldə ediblər.
"Həmin ölkələr üstünlüyü bu növlərə veriblər, digər növlər diqqətdən kənarda qalıb. Amma bizim geniş tərkib, 5 növdə medalların qazanılması onu göstərir ki, bizdə hər istiqamətə fikir verilir, nəticə də üzdədir", -deyə A.Rəhimov diqqətə çatdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar