Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yadplanetlilər Azərbaycana niyə tez-tez gəlir? - VİDEO

Tarix: 13-03-2017 16:12     Baxış: 6609 A- / A+
Yadplanetlilər Azərbaycana niyə tez-tez gəlir?


Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində Uçan Naməlum Obyektlərin (UNO) görünməsi halları artıb. İddialara görə, yadplanetlilərin dünyanın bir sıra ərazilərində bazaları var. Həmin bazalardan biri də Xəzərdə yerləşir. Son günlər UNO-ların Xəzər sahilində görünməsi barədə yeni video görüntülər də qeydə alınıb.

Yadplanetlilərin Azərbaycan səmasında son vaxtlar çox görünməsinin səbəbini ufoloq Nazim Əhmədli Publika.az-a açıqlamasında ekoloji tarazlığın pozulması ilə əsaslandırır.

Onun sözlərinə görə, Yer kürəsi yadplanetlilərin nəzarəti altındadır: “Onlar Yer kürəsinin hansı ərazisində ekoloji tarazlığın pozulması, nüvə sınaqlarını, habelə hərbi təlimlərin keçirilməsini müşahidə etsələr, həmin bölgələrdə görünür, o əraziləri nəzarətdə saxlayırlar. Düzdür, onlar Yer kürəsində bəşəriyyətin inkişafına qarışmasalar da, baş verəcək bəzi hadisələrin qarşısını almaq üçün nəzarət edirlər”.

Ufoloq son vaxtlar yadplanetlilərin Azərbaycan səmasında tez-tez görünmələrinin hər hansı narahatlığa əsas vermədiyini deyir.

O, fikirlərinə belə davam edir: “Narahatlığa əsas yoxdur. Onların Yerdə bazaları var, bizimlə birgə yaşayırlar. Əgər istəsələr, bir saniyədə Yer kürəsini məhv edərdilər. Lakin onlar bunu istəmirlər. Onların ağlı çox yüksəkdir və Yeri bəlalardan qorumağa qadirdilər. Xəzər ətrafında görünmələrinin birinci səbəbi həmin ərazidə bazalarının olması və ora gəlib-getmələri ilə bağlıdır. Onlar insanların görmədiyi vaxtlarda daha çox gəlməyə çalışırlar, çünki görünmək istəmirlər. Ona görə ki, Yerdəki insanlar onları dərk etməyə hazır deyil. Ara-sıra görünmələrinin səbəbi də yavaş-yavaş insanların şüuruna təsir etməkdir. Yəni onlar kainatda insanların tək olmadığını, özlərinin də var olduğunu göstərmək istəyirlər. İnsanların şüurunda kosmik düşüncə tərzini inkişaf etdirməyə çalışırlar. Onlar birdən-birə görünsələr bəşəriyyət şokda olar. Tamamilə görünməmələri də mümkün deyil. ABŞ onların 4 növü ilə əlaqədədir, texnoloji yeniliklərdə onlardan bəhrələnirlər. Bu ölkənin 51-ci zonasında yadplanetlilərin bazası var. Artıq yüz ilə yaxındır ki, Yer kürəsində texnologiyalar inkişaf edir, 1991-ci ildən kosmik era başlayıb. Ona görə də yadplanetlilər tədricən görünməyə, əlaqə qurmağa çalışırlar. Tədricən əlaqələr inkişaf edəcək, yəqin ki, 50-100 ilə onlar görünəcək, insanlarla təmas quracaqlar. Lakin hələ bəşəriyyət bu görüşə hazır deyil. Düzdür, ayrı-ayrı insanlarla münasibətdə olurlar, amma ümumilikdə Yer kürəsindəki bütün insanlarla əlaqə qurmurlar”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar