Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu akademik adlanan nadan məxluq... – Millət vəkiliindən akademikə sərt sözlər

Tarix: 10-03-2017 11:44     Baxış: 6412 A- / A+
Bu akademik adlanan nadan məxluq...


Bu akademik adlanan məxluğun 15 cümlədən ibarət mətnində bircə cümlə belə əlahəzrət məntiqin qaydalarına uyğun formada işlənməyib.

Manevr.az xəbər verir ki. bu sözləri millət vəkili Fazil Mustafa akademik Çingiz Qacarın publika.az saytında dərc olunan müsahibəsində işlətdiyi fikirlərinə cavab olaraq qeyd edib. F.Mustafa bildirib:

"Akademik Çingiz Qacar müsahibəsində deyir: "Ümumiyyətlə, mən "türk" sözünün də əleyhinəyəm. Mənim üçün ən əziz dil Azərbaycan dilidir. Gürcü bizə "tatar", rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib. Hətta ruslardan da çox ziyan vurub. Misal üçün, türklərə görə Azərbaycan musiqisi yox olub. Bizim çox gözəl təsniflərimiz, rəqslərimiz var idi. Hamısı tamam itib gedib. İndi axmaq-axmaq, melodiyasız mahnılar oxuyurlar. Bütün alver də türklərin əlindədir. Marketlərdə hər şey türkcə yazılır. Biz tarixi mahnılarla yaşayırdıq. Ancaq indi o mahnıların çoxu yox olub. Mən istəyirəm ki, hər şey sırf Azərbaycan dilində olsun. Ona görə də keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub".

Bu akademik adlanan məxluğun 15 cümlədən ibarət mətnində bircə cümlə belə əlahəzrət məntiqin qaydalarına uyğun formada işlənməyib. Rusdilli ola bilər, ancaq təfəkkürün ifadəsinin rusdilli olmağa nə dəxli? Deyir ki, "mən türk sözünün əleyhinəyəm". Təsəvvür edin, mən deyirəm ki, "ABŞ sözünün əleyhinəyəm". Nə olsun? Mən əleyhinə olsam "ABŞ" sözü olmayacaq? Deyir, mənim üçün ən əziz dil Azərbaycan dilidir. Adamdan soruşarlar ki, bu dil sənə bu qədər əzizdirsə, işlətdyin 15 cümlədə nədən bu dilin anasını bu sayaq ağlatmısan? Sonra deyr ki, "gürcü bizə tatar, rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib".

Akademik titulu daşıyan bu şəxsin ard-arda düzdüyü bu iki cümlənin bir-biri ilə məna əlaqəsini tapana həqiqətən böyük mükafat düşür. Gürcünün bizə tatar, rusun da ayrı söz deməsinə görə türklərin bizə gətirdyi çox ziyan görəsən nədən ibarətdir? Yaxud da: "Misal üçün, türklərə görə Azərbaycan musiqisi yoxa çıxıb..." Allah-Allah, bu boyda fars gəlib işğal edb, rus gəlib işğal edib, amma Azərbaycan musiqisi əsrlərdir yaşayıb, özü də təpədən-dırnağa, özbəöz türk musiqisinin özüdür, əcaba, hansı türk musiqisidir ki, bizim "Qarabağ şikəstəsini" və ya "Qaytağını" məhv edib?"

Millət vəkili ermənilərə uduzmağımızın səbəbi sırasında bu kimi düşüncəni əsas göstərib:

"İndi təsəvvür edin ki, Azərbaycanı təmsil edən bu akademik bir erməni akademiki ilə üz-üzə gəlir, debat aparır, müzakirələrə qoşulur. Ermənilərə uduzduğumuz nöqtəni dağda, təpədə, çöllüklərdə axtarmayın, akademik səviyyənin fərqində axtarın, təfəkkürdə, zəkada axtarın!

"Keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub!" Bunu söyləyən bir erməni akademik deyil, türkün qurduğu dövlətin titullarını daşıyan və türkə nifrət bəsləyən bir Azərbaycan akademiki olan Çingiz Qacar deyir. Və bu "keçmiş tarix" deyəndə həm də 1918-ci ili nəzərdə tutur. Məhz həmin ildə Azərbaycanı erməni-rus-ingilis işğalından qurtarmış, minlərlə qətlə yetirilmiş, təcavüzə uğramış soydaşımızın qisasın almış türk əsgərini düşmən kimi görür. Və bir gerçəyi unudur ki, o nifrətlə andığın türklər Azərbaycanı ermənlərdən təmizləməsəydi, ən azı siz düşüncədə olanların bu ölkənin akademiki adını daşımaq şansı olmayacaqdı...

Adamın müsahibəsində açıqca milli hisslərimizi təhqir etməsini hələ bir tərəfə buraxıram, ən çox üzüldüyüm isə bir Azərbaycan akademikinin bəsit, səviyyəsiz, nadan mühakimə tərzi oldu".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar