Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan SSR-in erməni xalq artisti: “Mən Azərbaycan xalqının xidmətçisiyəm” – VİDEO

Tarix: 09-03-2017 17:33     Baxış: 7423 A- / A+
Azərbaycan SSR-in erməni xalq artisti:


İnternetdə 30-cu illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Jasmen Qriqoryanın çıxışı əks olunmuş kinoxronika yayılıb.

Strateq.az-ın məlumatına görə, 1938-ci ildə təbliğat-təşviqat məqsədi ilə çəkilmiş bu lentdə Azərbaycanın xalq artisti olmuş Jasmen Qriqoryan deputat məsuliyyəti ilə bağlı çıxış edir. O, Stalin Konstitusiyasını tərifləyir.

Bununla yanaşı, çıxışda maraqlı məqamlar da var. “Mən Azərbaycan SSR-in xalq deputatı adını daşımağımla fəxr edirəm və bunu böyük şərəf sayıram. Xalqın etimadını doğrultmağa çalışıram”, – Jasmen çıxışında qeyd edir.

Qriqoryan deputatları “xalqın xidmətçisi” adlandırır: “Ən böyük xoşbəxtlik mənim üçün odur ki, mən xalqın xidmətçisiyəm. Öz fəaliyyətimdə mən böyük Stalinin bu göstərişini heç vaxt unutmuram”.

Jasmen Qriqoryan dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1894-cü ildə Tiflisdə anadan olan Jasmen 1920-48-ci illərdə Bakıda fəaliyyət göstərən erməni teatrında işləyib. 1949-cu ildə teatr bağlandıqdan sonra o, Ermənistan hökumətinin dəvəti ilə İrəvana köçüb. Burada Sundukyan adına İrəvan dram teatrında çalışıb.

Jasmen Qriqoryan 1978-ci ildə vəfat edib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar