Xəbər lenti
Sabiq müsavatçı alman həbs düşərgəsinin nəzarətçisi oldu - FOTO
Azərbaycandan olan 45 yaşlı siyasi mühacir Nemət Hüseynov Almaniyada qaçqınlar üçün həbs düşərgəsinin nəzarətçisi olub.
Manevr.az bildirir ki, bu barədə alman nəşri “RP Online” yazıb.
İnformasiyaya görə, Nemət Hüseynov və Suriyadan olan qaçqın Xani Yunus Vuppertaledəki Hectas Facility Services şirkətinin əməkdaşlarıdır. Onlar digər altı həmkarları ilə birlikdə Seybelştrassedəki qaçqınlar üçün həbs düşərgəsinin ərazisində təhlükəsizliyi təmin edirlər.
Qaçqınlar üçün düşərgənin kontingenti müxtəlif tərkiblidir. Burada daimi olaraq Suriya, İran, İraq, Əfqanıstan, Pakistan, Eritreya və başqa ölkələrdən olan 140 nəfər yaşayır.
Nemət Hüseynov, hansı ki, düşərgədə nizam-intizamın təminatı üzrə qrupun rəhbəridir, yaxın vaxtlara qədər özü qaçqın idi. Almaniyaya o, 2006-cı ildə gedib və artıq 2012-ci ildə Almaniya vətəndaşı olub.
"Mən Azərbaycandan siyasi səbəblərdən qaçdım. Mən rejimə tabe olmaq istəmirdim. Mən" tədqiqatçı kimi evdə işləyirdim və sonra ölkədən qaçmaq qərarına gəldim”, - deyə Nemət Hüseynov jurnalistlərə bildirib.
N.Hüseynovun sözlərinə görə, qaçqınlar üçün düşərgədə nizam-intizam yaratmaq heç də asan məsələ deyil.
"Onlara azadlıq və tam icazə arasındakı fərqi izah etmək lazımdır. Almaniyada hamı qaydalara tabe olur. Amma son zamanlar düşərgənin ərazisində hər halda sakitlikdir. Onun bir çox sakinləri məktəbə getməyə və heç olmasa, hər hansı iş tapmağa başlayıblar", - deyə siyasi mühacir vurğulayıb.
Qeyd edək ki, Nemət Hüseynov Almaniyada özünü müxalif Müsavat Partiyasının fəalı kimi təqdim edib.(Virtualaz.org)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar