Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

İsmayıllıda regional müşavirə... / FOTOLAR

Tarix: 06-03-2017 23:23     Baxış: 3405 A- / A+
İsmayıllıda regional müşavirə...


“Ərzaq məhsulları tədarükü və təchizatı” ASC Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə təsis edilmişdir. Cəmiyyətin fəaliyyətə başlamasından qısa vaxt keçməsinə baxmayaraq 12 regional bölmə, 46 rayonda dayaq məntəqəsi yaradılmış, mərkəzi Bakıda olmaqla 12 rayonda xüsusi təyinatlı soyuducu tipli depo-anbarlar qurularaq istifadəyə verilmişdir. Ötən müddətdə dövlət büdcəsindən mailiyyələşən satınalan təşkilatlarla 825 müqavilə bağlanmışdır. ASC 01 yanvar 2017-ci il tarixdən etibarən satınalan təşkilatların ərzaq təchizatının həyata keçirilməsinə başlamışdır. Şamaxı, Qobustan, Ağsu və İsmayıllı nümayəndələrinin təmsil olunduğu regional müşavirə “Qala” şadlıq sarayında keçirilib. Tədarük- təchizat məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirəni giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb, ASC-nin yaranması zərurətindən, istehsalçı ilə istehlakçı arasında oynadığı əhəmiyyətli roldan, bu təşkilatın xüsusilə ərzaq məhsullarının tədarükündə kənd təsərrüfatı istehsalçılarına böyük xeyir verəcəyindən ətraflı danışıb. Rayon icra hakimiyyətinin və yerli icra strukturlarının ASC ilə işgüzar əlaqədə işləyəcəyini bildirib. Qeyd edib ki, ərzaq məhsullarının tədarükündə İsmayıllı daha yüksək nəticələrlə iştirak edəcək. “Ərzaq məhsulları tədarükü və təchizatı” ASC-nin sədr müavini Elşən Əsədov “Dövlət satınalan təşkilatların təchizat məsələləri” mövzusunda məruzə edib. ASC-nin departament direktoru Abbas Hacıyevin, informasiya və elektron xidmətlər sektorunun mütəxəssisi Kəmalə Adıyevanın müxtəlif mövzularda çıxışları dinlənilib. Məsələlər ətrafında işgüzar diskusiya gedib, təkliflər irəli sürülüb. ASC-nin fəaliyyətini yaxşılaşdırmaq, ərzaqların, xüsusilə ət və süd məhsullarının keyfiyyətini yüksəltməklə əlaqədar səmərəli təkliflər irəli sürülüb. Müzakirələrdə Şamaxı və İsmayıllı satınalan təşkilatlarının nümayəndələri daha fəal iştirak ediblər. Hər bir iştirakçı anket sorğusu formasında təkliflərini regional müşavirənin təşkilatçılarına çatdırıb. Sonda qeyd olunub ki, ASC regionlarda satınalan təşkilatlarla maarifləndirici müşavirləri davam etdirəcəkdir.

Elnarə Günəş/Manevr.az

İsmayıllıda regional müşavirə...
İsmayıllıda regional müşavirə...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar