Xəbər lenti
Hacı Zeynallabdinin rus zabitinə CAVABI

Yadımdadır, hələ çox-çox bundan qabaq bu əhvalatı mənə atam danışmışdı:
“Bakı milyonçusu Hacı Zeynalabiddin Tağıyev rus– sovet qoşunlarının Bakını işğalından sonra həmin qoşunları təmin etməyə məcbur edilir. Dünyanın istisini-soyuğunu, ağını-qarasını görən bu müdrik ağsqqqal ilə gözlərindən qan daman səlahiyyətli rus komissarı üz-üzə dayanır. Hacı dillənir:
– Sizin əsgərlərin illik təminatını üzərimə götürürəm. Əsgərlərin bir ildə olacaq bütün yemək-içməyini, papağından-şalvarınacan bütün geyimini verəcəyəm. Yalnız çəkmələrini verməyəcəyəm!
Hacının bu qəribə şərtini eşidən komissarın dişləri ağarır:
– Hacı, bütün geyim-kecimlərini verəcəyin halda niyə məhz çəkmələrini verməkdən imtina edirsən? Qəribə deyilmi?
Hacı tənəli-tənəli gülümsünür:
– Əsgərlərin çəkmələrini də mən versəm, onda ordu gərək sizə yox, mənə qulluq eləsin.
Ağıllı Hacının müdrik kəlamlarına bu gün işıq düşür və bu kəlamların işığında məyus-məyus başını yelləyən Hacını görürük. Allah əsl millət atası olan Hacı Zeynalabdinə də, onu yaddaşdan-yaddaşa ötürüb unudulmağa qoymayanlara da min rəhmət eləsin!(modern.az)
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru
e-mail: atif.islamzade@mail.ru
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar