Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Almaniyaya qaçmış İsrafilovları hansı terrorçular hədələyirdi?

Tarix: 05-03-2017 15:58     Baxış: 4307 A- / A+
Almaniyaya qaçmış İsrafilovları hansı terrorçular hədələyirdi?


Azərbaycandan Almaniyaya getmiş daha bir ailə ciddi-cəhdlə mübarizə aparır ki, onu geri deportasiya etməsinlər. Virtualaz.org bildirir ki, Fuad İsrafilov, onun xanımı və uşaqları artıq beş ildən çoxdur ki, Drezden yaxınlıqdakı Kosviqdə yaşayırlar. Üç uşaqdan ikisi Almaniyada doğulub.

"İsrafilovların ailəsinə daha qorxmaq lazım deyil ki, gecə məmurlar gələcək və onları Azərbaycana göndərəcəklər. Onlar daha bir müddət Kosviqdə qala bilərlər", - deyə “Sächsische Zeitung” nəşri yazır.

Bu haqda nəşrə miqrasiya məsələsi ilə məşğul olan hakimiyyət təmsilçiləri ilə görüşən və İsrafilovlarla bağlı onlarla müzakirə aparan qaçqınların işi üzrə yerli təşkilatın nümayəndəsi Sven Bottqer və Azərbaycan ailəsinin kuratoru Regin Xillen bildiriblər.

"Əgər onlar pis heç nə etməsələr, onda ailənin başçısı öz təhsilini qurtarana qədər qala bilərlər”, - Bottqer bildirib.

Almaniyaya qaçmış İsrafilovları hansı terrorçular hədələyirdi?

Fuad 2015-ci ilin sonundan Autohaus Faust-da avtomexanik kimi təcrübə keçir. Ancaq sığınacağın verilməsi haqqında onun xahişi iki dəfə rədd edilib və ailəni deportasiya ilə hədələyiblər.

Bu onun işəgötürəni üçün anlaşılmazdır. "Fuad olduqca zəhmətsevən, sadiq, intizamlı və hər şeyə maraq göstərən insandır. O, işləməyə həmişə hazırdır. Belə əməkdaşlar hər şirkətə lazımdırlar", - deyə İsrafilovun rəhbəri Franka Faust vurğulayıb.

O, Azərbaycandan olan ailəyə Almaniyada qalmağa icazə vermək xahişi ilə hakimiyyətə iki məktub yazıb.

"Son aylarda biz bütün cəbhələrdə işləyirdik. Əcnəbilərin işləri üzrə komissar bizim xahişimizi rədd edəndən sonra mən komissiyanın başqa üzvü ilə danışdım. Ailəni hətta protestant icması da dəstəklədi. Kilsənin nümayəndələri humanitar anlamda yaşama hüququ verilməsi xahişi ilə Saksoniyanın Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər", - deyə Sven Bottqer əlavə edib.

Komissiya mövcud olduğu 10 il ərzində 536 insan ilə bağlı 209 müraciətə baxıb və 350 insan yaşamaq üçün sənəd alıb.

Bottqer bildirir ki, İsrafilovların böyük oğlu indiyə qədər doğum haqqında şəhadətnamə almayıb. Valideynlərin pasportları yox idi və indi onlardan buna görə 500 avro tələb edirlər, amma ailədə bu pul yoxdur...

Bəlkə də Fuad İsrafilova, onun ailəsinə və ümumiyyətlə ehtiyacı olan insanlara kömək edənlərə müxtəlif alman təşkilatları ilə mübarizədə uğur diləmək olardı. Əgər “Sächsische Zeitung”dakı məqalədə bu məqam olmasaydı: "Azərbaycan Rusiya və İran arasında kiçik ölkədir, ailə milli azlığa mənsubdur. İsrafilovların dediklərinə görə, onlar Azərbaycandan qaçmağa məcbur ediliblər, çünki onları terrorçular hədələyirdilər".

İsrafilovlar məhz hansı azlıqda qalan millətə aiddirlər - alman nəşrinin materialında göstərilmir. Amma bu elə də əhəmiyyətli deyil, əhəmiyyətlisi odur ki, bu, xaricdə qala bilmək məqsədi ilə uydurulmuş növbəti yalandır. Həm də İsrafilovlardan soruşmaq istəyirsən: Azərbaycanda sizi hansı"terrorçular" hədələyirdilər belə? Və siz Azərbaycanda milli əlamətə görə diskriminasiya ilə harada rastlaşmısınız?


Onların Azərbaycanda lazımlı sənədləri necə əldə etmələri və Azərbaycanın imicinə hansı ziyanı vurmaları barədə fikirlərini bölüşüb. Kimlər ki, Azərbaycanda onları guya milli əlamətə görə sıxışdırdıqlarını iddia edir, onlardan da betərdirlər. Çünki özlərini "siyasi repressiyaların qurbanları" adlandıranlar təkcə dövlətə xəyanət edirlərsə, "azlıqda qalan millətlərin zülm edilmiş nümayəndələri" yalnız onları yetişdirən ölkəni yox, həm də onun xalqını – azərbaycanlı tanışlarını və dostlarını da biabır edirlər.

Belə insanların gedişinə yalnız sevinmək olar: Yaxşı ki, siz artıq Azərbaycanda yoxsunuz!(virtualorg.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar