Xəbər lenti
Professor Şahlar Əsgərov AMEA-nın İqtisadiyyat İnstitunda məruzə ilə çıxış etdi -FOTOLAR

Bu gün AMEA-nın İqtisadiyyat İnstitunda professor Nazim İmanovun rəhbərlik etdiyi elmi seminar keçirildi.
Manevr.az xəbər verir ki, seminarın bu sayının qonağı BDU-nun professoru Şahlar Əsgərov idi.
Məruzəçi dünya elmində yeni pillə hesab edilən "Ekonofizika" mövzusunda çıxış etdi. Professor Ş.Əsgərov bu elm sahəsinin 1995-ci ildə Amerika Birləşmiş Ştatlarında yarandığını nəzərə çatdırdı. Amerika alimi U. Stenli müxtəlif elmlər arasında baş verən yaxınlaşma nəticəsində daha yeni baxışların yarandığını sübut etmiş, "ekonofizika" sahəsinin də belə bir münasibət nəticəsində yarandığını nəzərə çatdırmışdır. Müasir dünyanın bir çox yerlərində, xüsusilə, Avropa ölkələrində bu sahə bir fənn kimi tədris edilir. Qonşu Rusiyada ekonofizika sahəsində görkəmli alimlər yetişməkdədir.
Daha sonra ekonofizika sahəsinin Azərbaycana xas olan cəhətlərindən bəhs edən professor bu sahədə tez bir zamanda yeni alimlər nəslinin yetişəcəyinə ümidvar olduğunu bildirdi.
Sonda S.Əsgərov dinləyicilərin suallarını cavablandırdı.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar