Xəbər lenti
Tofiq Zülfüqarov polis generalının qəzəbinə tuş gəlib - Sabiq nazir ictimaiyyətə müraciət etməyə məcbur olub
Yol polisi tanınmış diplomat, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun maşınını cərimə meydançasına salıb.
Manevr.az bildirir ki, bu barədə Tofiq Zülfüqarov özü Facebook səhifəsində yazıb. İctimaiyyətə müraciət edən sabiq nazir bildirib ki, martın 1-də axşam saatlarında Mərdəkandan şəhərə dönərkən H.Əliyev prospektində xoşagəlməz bir hadisə ilə üzləşib: "Belə ki, H. Əliyev prospekti ilə öz maşınımla şəhərə doğru hərəkət edərkən arxadan hansısa bir maşın gah güclü uzaqvuran işıqları ilə görmə qabliyyətinə mane olaraq, gözümü kor edərək, əsəbi- isterik bir vəziyyət yaradıraq məni ötməyə cəhd edirdi. İmkan düşən kimi mən ona ötmə əməliyyatına şərait yaratdım. Bundan sonra məni ötən avtomobil sürətini azaldaraq, sanki tələsməkdən vaz keçdi. Qeyri-müəyyən səbəblərdən yolda sürət saatda 120 km/saat olduğu bir halda məni ötən avtomobil sahibi tormoz etdi. Başa düşdüm ki, qarşımdakı adekvat hərəkətlərə malik olmayan, aqressiv bir avtomobil sahibidir”.
T. Zülfüqarov əlavə edib ki, bundan sonra yenidən ona işarə edərək, ötmə əməliyyatını həyata keçirib və magistraldakı sağ cərgədə yer alıb: "Bundan sonra o, yenə məni ötərək qabağa getdi. Və hadisələr bundan sonra tamamilə başqa məcrada inkişaf etdi”.
Sabiq nazir qeyd edib ki, yol patrul xidmətinin maşını onu saxlayaraq yol hərəkəti qaydalarını pozduğunu bildirib: "Məlum oldu ki, mənim saxlanmağım barədə göstərişi bir az öncə yolda başıma oyun açan hansısa rütbəli məmur verib. Düzdür, yol polisi əməkdaşları çox hörmətlə mənim sənədlərimi yoxladılar, daha sonra içkili olub-olmamağımla bağlı test etdilər. Və gördülər ki, hər şey qaydasındadır və mən də içkili deyiləm”.
Yoxlamadan sonra yol polisləri T. Zülfüqarova deyiblər ki, məhz həmin maşında Bakı Şəhər Baş Polis İdarəsinin hansısa generalı olub: "Sənədlərin və hər hansı qayda pozuntusunun olmadığına əmin olan polislər maşını cərimə meydançasına aparacaqlarını bildirdilər. Səbəbini soruşduqda – dedilər ki, əmrdir. Sizin avtomobil cərimə meydançasına aparılmalıdır. Çünki hansısa formada qayda pozuntusunu qeyd edə bilmirlər. Hətta, buna görə polis mənə də protokol təqdim etmədi. Mən onların əmrinə tabe olaraq maşını cərimə meydançasına qoyandan sonra, məni evə gətirdilər”.
T Zülfüqarov həmçinin qeyd edib ki, adı bəlli olmayan general, yaxşı ki, onu ailə üzvlərinin yanında güllələmək əmri verməyib: " Mənim iki sualım var: Bu möhtərəm "cənab", hansı ki, mən təsadüfən incitdim, kimdir və təcrübəli sürücülər mənim maşın sürməyimdə hansı səhvləri görə bilərlər?
Bax, dünən axşam mənim başıma belə bir hadisə gəldi və mən adı bəlli olmayan generala (avtomobilin nömrəsi aydın görünür), anında ötmə əməliyyatını həyata keçirməsinə imkan vermədiyimə görə, məni ailə üzvlərinin yanında güllələmək əmri vermədiyinə görə təşəkkür edirəm. Amma ciddiyə qalsa... Mənə 1998-ci il yanvarın 15-də prezident Heydər Əliyev tərəfindən diplomatik ranq verilib. Həmin ranq general ranqından da yüksəkdir. Mən həmin ranqa layiq görüldüyüm üçün həmişə fəxr etmişəm, bundan sonra da fəxr edəcəyəm. Ancaq heç bir zaman bundan nə üçünsə istifadə etmədim”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar