Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Baş həkimi həbs olunan dispanserdə rüşvət yığışdırılıb - FOTOLAR

Tarix: 02-03-2017 10:05     Baxış: 5476 A- / A+
Baş həkimi həbs olunan dispanserdə rüşvət yığışdırılıb



Arayış almağa gələn vətəndaşların sənədlərin arasına qoyduqları pul özlərinə qaytarılır


Bir neçə gün öncə Bakı Şəhər Narkoloji Dispanserinin baş həkimi həbs edildi.



Dispanserdə vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.


Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində dispanserin baş həkimi Hüseyn Həsənovun yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Baş həkimi həbs olunan dispanserdə rüşvət yığışdırılıb


H.Həsənova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunmaqla, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş və o, səhiyyə nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.


Hazırda Bakı Şəhər Narkoloji Dispanserində vəziyyətin necə olduğunu öyrənmək üçün dispanserin yerləşdiyi ünvana yollandıq. Öncə kənardan müşahidə etdik ki, dispanserdə iş prosesi öz axarı ilə davam edir. Vətəndaşlar içəri daxil olub, lazımi arayışlarını alırlar.


Dispanserin qeydiyyat şöbəsindən öyrəndik ki, baş həkim vəzifəsindən azad olunduqdan sonra, onu həkim-narkoloq Lyudmila Cəfərova əvəz edir. Biz orada olduğumuz zaman Lyudmila xanım qəbul otağında vətəndaşları qəbul edirdi. Müşahidə etdik ki, qəbul otağının qarşısında dayanan vətəndaşlar sənədlərinin arasına 10 manat qoyub içəri girirlər. Lakin onlar çıxdığı zaman bildirdilər ki, işlərinin tez başa gəlməsi üçün həkimə hörmət etmək istəsələr də, həkim bunu qəbul etməyib.

Baş həkimi həbs olunan dispanserdə rüşvət yığışdırılıb


Lyudmila xanımla görüşmək üçün biz də qəbul otağına daxil olduq. İçəridəki həkimlər bildirdilər ki, hazırda dispanserdə normal iş qaydası bərpa olunub. Onlar daha geniş açıqlama verməyə səlahiyyətlərinin çatmadığını bildirdilər.


Dispanserdə sərbəst şəkildə müşahidə aparıb, ümumi iş prosesi ilə də tanış olduq. Həkimlər söylədilər ki, baş həkimin həbs olunduğunu bilsələr də əlavə məlumata sahib deyillər. Onlar da söylədilər ki, işlərinə qanuni qaydada davam edirlər.
Bakı Şəhər Narkoloji Dispanserindəki hazırkı durumla bağlı rəsmi məlumat almaq üçün Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, yaxın günlərdə mətbuata bu barədə açıqlama verəcəklər.(musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar