Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda münaqişəli ailələrin sayı artıb

Tarix: 02-03-2017 08:57     Baxış: 4353 A- / A+
Azərbaycanda münaqişəli ailələrin sayı artıb
Azərbaycanda münaqişəli ailələrin sayı əvvəlki illərlə müqayisədə artıb.

Manevr.az-ın trend-ə istinadən xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi tərəfindən təkcə 2016-cı il ərzində respublika üzrə 4114 münaqişəli ailə qeydiyyata götürülüb.

Həmin ailələrlə profilaktik iş aparıldığını deyən komitə rəsmisi əlavə edib ki, münaqişəli ailələr ölkənin bütün regionlarında olsa da, onlar Bakıda daha çox üstünlük təşkil edir. Ötən il Bakıda 711 münaqişəli ailə qeydiyyata götürülüb:

“Münaqişəli ailələrin sayında nəzərəçarpacaq artım var. Komitə bunun azaldılması istiqamətində iş aparır”.

R.Süleymanzadə deyib ki, münaqişəli ailələr boşanmış, zorakılıq faktları qeydə alınan, problemli ailələr hesab edilir:

“Ailələrdə münaqişələrin yaranmasının müxtəlif səbəbləri olur. Ailələrə kənar müdaxilələrin edilməsi, ailə üzvlərinin bir-birini başa düşməməsi, kişinin başqa qadınla, qadının başqa kişi ilə münasibətdə olması, əmlak mübahisələri, uşaqların xarici ölkələrə icazəsiz aparılması və s. səbəblər sonda ailələrdə münaqişələrin yaranmasına gətirib çıxarır. Bununla bağlı da həmin ailələr DİN tərəfindən münaqişəli ailələr kimi qeydiyyata götürülür və onlarla profilaktik iş aparılır”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar