Xəbər lenti
Bakıda baş həkimin həbsinin arxasında nə dayanır? - Səhiyyədə şəffaflaşdırma, yoxsa...
Xəbər verdiyimiz kimi, dünən Bakı şəhər Narkoloji Dispanserin baş həkimi Hüseyn Həsənov həbs edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyinin araşdırması nəticəsində məlum olub ki, baş narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi alıb. Keçirilən əməliyyatla baş həkim tutulub.
Bəsrüşvət alan baş həkimin həbsini Səhiyyədə şəffaflaşdırma işlərinin başlanğıcı kimi qiymətləndirmək olarmı?
Manevr.az xəbər verir ki, bu barədə BakiPost.az-a danışan tanınmış həkim, professor, tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, bu cür administrative yollarla rüşvətin qarşısı alına bilməz: "Əvvəla onu deyim ki, həbs olunan baş həkimin aldığı rüşvət arayışların verilməsi üçün olub, tibbi xidmət üçün deyil. Bu da əlbəttə rüşvət faktıdır və bu cür adamların cəzalandırılması üçün əsas var. Hətta bu, tibbi xidmət müqabilində alınan rüşvət faktı da olsaydı, sovet dövrünün təcrübəsi göstərir ki, bu üsullarla səhiyyənin şəffaflaşdırılması mümkün deyil.
Səhiyyədə tibbi xidmət müqabilində vəsaitin alınması və s. bir az müzakirə oluna biləcək məsələdir. Çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və icbari tibbi siğorta da yoxdur. Həkimlərin maaşları isə çox aşağıdır. Xəstənin istəyi ilə, öz təşəbbüsü ilə olan bəzi ödənişlər sovet dövründə də olub, indi də davam edir. Nə qədər ki, bu proses var, bu cür ödənişlərin qarşısını administrativ yollarla almaq mümkün olmayacaq”.
Professor hesab edir ki, səhiyyə sahəsində şəffaflaşdırmanı yalnız bir yolla əldə etmək olar: "O da dünya təcrübəsindən faydalanmaqdandır. Yəni icbrai tibbi siğortanın həyata keçirilməsi və bununla da tibb işçilərinin maaşlarının adekvat həddə çatdırılması, xəstələrin pulsuz müayinə və müalicəsinin təmin edilməsi və s.
Bu istiqamətdə işlər getsə, səhiyyənin şəffaflaşdırılmasından danışmaq mümkündür. Əks halda bu cür administrativ tədbirlər ona yönəlməyib. Bu sadəcə bir korrupsiya faktıdır və buna görə də cəzalanma var”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar