Xəbər lenti
Azərbaycanda əmək pensiyası ilə bağlı yaş həddi dəyişdirilə bilər
Azərbaycanda əmək pensiyası üçün staj ilə əlaqədar və digər dəyişikliklər bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.
Komitənin sədr müavini, deputat Musa Quliyev bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi qəbul olunacağı təqdirdə, sənəd iyulun 1-dən qüvvəyə minəcək.
M. Quliyevin sözlərinə görə, layihədə çoxlu məsələlər nəzərdə tutulub: “Söhbət ondan gedir ki, dövlət büdcəsinin öhdəlikləri ilə sığorta sisteminin öhdəliyi ayrılır. Yəni kim nə qədər qazanacaqsa, o qədər xərcləyəcək. Digər məsələ odur ki, sığorta prinsipinə aid olmayan xərclər minimuma endiriləcək, erkən pensiyaya çıxmağı stimullaşdıran hallar aradan qalxacaq, daha çox staj, pensiya kapitalı qazanmaq şəraiti yaradılacaq. Bundan başqa, pensiya yaşı qadınlarda və kişilərdə qanun qüvvəyə minəndən etibarın 10 il ərzində 65 yaşa qədər qaldırılacaq. Həmçinin indiyə qədər tələb olunan 12 illik sta tələb olunmayacaq.
Digər maraqlı məsələlərdən biri də odur ki, pensiya kapitallarına əlavə olunma imkanları da yaradılır. Yəni, əgər hazırda şəxs işləyən dövrdə az sosial sığorta haqları ödədiyi üçün pensiyaya çıxa bilmirdisə, artıq imkan yaradılacaq ki, istədiyi bankda hesab açsın və gəlirləri ilə onun üstünə əlavələr etməklə 110 manata çatdırsın ki, artıq pensiya ala bilsin. Bütövlükdə bunlar hamısı pensiya haqları konsepsiyasının tələbindən irəli gələn proqressiv dəyişikliklərdir. Bu qanunun tətbiqi pensiyasılarda azalmaya deyil, artıma səbəb olacaq. Eyni zamanda stajlar artırılacaq”.
M. Quliyev onu da deyib ki. bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.
Layihə 2017-ci il yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq.apa
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar