Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Maksimum sürəti 120 olan yük maşını 129-la radara düşdü -VİDEO+FOTO

Tarix: 25-02-2017 23:18     Baxış: 8424 A- / A+
Maksimum sürəti 120 olan yük maşını 129-la radara düşdü


Yük maşınının maksimum mümkün sürəti 120 km/saat olsa da, radarlardan birində sürət 129 kimi göstərilib.

Manevr.az "xəzər.TV”yə istinadən xəbər verir ki, ağır tonnajlı yük avtomobilinin sürücüsü Razi İsmayıllının sözlərinə görə, 2 il əvvəl ona Aeroport şossesində qurulan radarlarda texniki səhv ucbatından protokol məktubu gəlib: "Necə olur ki, eyni radarların qeydə aldığı bir protokol ləğv edilir, amma digərlərinin ödənilməsi tələb edilir...”

Onun sözlərinə görə, idarə etdiyi avtomobil su daşınması üçün nəzərdə tutulub və saatda 90 km-dən sürətli idarə etmək mümkün deyil. Məhz bu fakta görə sürücü məhkəməyə müraciət edib.

Razi İsmayıllı bildirir ki, məhkəmənin sonuncu qərarı 2016-cı ilin fevral ayında verilsə də, hələ də icra edilməyib. Bundan sonra qərarın ləğvi üçün Baş Dövlət Yol Polisi İdarəsinə yaxınlaşanda ona bildirilib ki, qərar Nizami rayon Yol Polisi tərəfindən ləğv edilməlidir.

Baş Dövlət Yol Polis İdarəsinin sözçüsü Kamran Əliyev açıqlamasında bildirib ki, məhkəmə tərəfindən işə xitam verilməsi ilə bağlı yol polisinə hər hansı bir rəsmi sənəd daxil olmayıb. Hər bir halda sürücü yenidən müraciət edərsə, elə onun iştirakı ilə məsələ yenidən araşdırılacaq.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar