Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şuxrat Barlasın erməni vəhşiliyi haqqındakı filmi Düşənbədəki səfirliyimizdə nümayiş etdirildi

Tarix: 25-02-2017 18:28     Baxış: 3348 A- / A+
Şuxrat Barlasın erməni vəhşiliyi haqqındakı filmi Düşənbədəki səfirliyimizdə nümayiş  etdirildi


Manevr.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyində Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş geniş tədbir keçirilib. Tədbirdə Tacikistanın dövlət, hökumət və nazirliklərinin nümayəndələri, həmçinin, elm-mədəniyyət xadimləri və ali təhsil müəssisələrinin rəhbərləri, həmçinin Tacikistanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli diaspora və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək tarixçisi Şuxrat Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə”, “Daşnaklar: Fərqanədən Qarabağa qədər” və “Qarabağ: ideyalar müharibəsi” kitabları əsasında çəkilmiş “Daşnaklar Fərqanədən Qarabağadək” adlı film (rus dilində) və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış “Sonsuz dəhliz” (Endless Corridor) (ingilis dilində) adlı sənədli filmlər nümayiş etdirilib. Xocalı qətliamında həlak olmuş Şəhidlərin Xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, səfir Abbasəli Həsənov Xocalı soyqırımı hadisələrinin təfərrüatları barəsində toplantı iştirakçılarına ətraflı məlumat verib.

Şuxrat Barlasın erməni vəhşiliyi haqqındakı filmi Düşənbədəki səfirliyimizdə nümayiş  etdirildi


Səfir Abbasəli Həsənov bildirib ki, Xocalı şəhəri dağlıq ərazidə yerləşdiyindən, qış fəsli orada sərt formada keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəhərə hücum zamanı, qaçaraq canını qurtarmağa çalışan qadın, uşaq, yaşlıların bir çoxu şaxtadan həlak oldular. Çox az bir sayda insanlar həmin dəhşətli gecədə sağ qaldılar ki, o qanlı tarixə şahidlik etsinlər. Azərbaycan diplomatı “Ermənistan dövlətinin Qarabağ müharibəsi nəticəsində regionda həyata keçirilən böyük layihələrdən kənar qalmasını diqqətə çatdıraraq qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yol xətti və b. regional layihələr Ermənistandan yan keçərək, təcavüzkar ölkəni daha da dərin böhrana salıb. Erməni ictimai xadimləri, jurnalistlər Bakıya gələrək, Azərbaycan xalqından üzr istədiklərini , xüsusən erməni ziyalıları dəfələrlə bu müharibə Ermənistana bədbəxtlikdən başqa heçnə vermədiyini xatırladıb.

Xocalı soyqırımı şəhidlərinin yad edilməsin tədbirinə qatılan Tacikistanın xalq şairi və dövlət himninin sözlərinin müəllifi Qulnazar Keldiyev 1992-ci ilin fevralında Tacikistanda da baş verən qarşıdurma barədə danışıb, oxşar qətliamları törədənləri və bunlara rəhbərlik edənləri daşnaklarla eyniləşdirərək, daşnak ideyalarının bu gün də mövcud olmasında dərin təəsssüf hissi keçirdiyini bildirib. Q.Keldiyev Azərbaycan dövlətinin və xalqının qarşısına çıxan bu çətinliklərin öhdəsindən əzmkarlıqla gəldiyini qeyd edərək, işğal altında olan torpaqları tezliklə qaytaracağına inandığını qeyd edib.
Xocalı Soyqırımı şəhidlərinin əziz xatirəsinə ehsan süfrəsi açılıb. Tədbir barədə Tacikistanın “Cahonnome” televiziya kanalı tərəfindən reportaj hazırlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar