Xəbər lenti
Hər gün azı 30 saniyə öpüşün... - BİLMƏDİYİNİZ FAYDALARI
Öpüşmək təkcə ruhun qidası deyil. Mütəxəssislər öpüşməyin sağlamlığa da faydalı olduğunu bildirirlər. Hətta 30 saniyə öpüşməyin belə, bütün orqanizmə çox böyük faydası var.
Manevr.az aile.lent.az-a istinadən mütəxəssislərin öpüşməyin faydaları ilə bağlı fikirlərini təqdim edir.
Dişlərə faydaları
Mütəxəssislər bildirir ki, öpüşmək tüpürcəyi artırır. Tüpürcək isə yemək artıqlarını təmizləyərək ağız, diş və diş əti sağlamlığını qoruyur. Ağıza daxil olan tüpürcək bakteriyaları dişlərdən təmizləyir və ərpin yaranmasının qarşısını almağa kömək olur.
Həzm sistemini gücləndirir
İnsan ağzında 700 növ bakteriya var. Öpüşmə əsnasında bakteriya mübadiləsi baş verir. Araşdırmalara görə, ağıza girən yeni bakteriya növləri daha sağlam olmağı təmin edir. 2014-cü ildə Hollandiyada aparılan araşdırmalardan biri sübut edib ki, 10 saniyəlik fransız öpüşü əsnasında partnyorunuzla aranızda 80 milyon bakteriya mübadiləsi baş verir. Bununla yanaşı, uzun müddət öpüşən cütlüklər bənzər infeksiyalarla daha yaxşı mübarizə aparırlar və bənzər yeməkləri daha yaxşı həzm edirlər.
Narahatlığı azaldır
Öpüşmək stress hormonu olan kortizolu azaldaraq ruh halını tarazlamağa kömək edən serotonini artırır. Eyni zamanda, xüsusilə sevgi hormonu olan oksitosini artırır. Nəticədə isə öpüşməyin meditasiyaya bənzər faydaları olması təsbit edilib. Oksitosin isə sakitləşməyi təmin edir.
Allergiya reaksiyalarını azaldır
Mütəxəssislərin fikrincə, 30 saniyə öpüşmək allergiya reaksiyalarını azaldır. Sübut edilən bu fikir hətta Nobel mükafatı qazanıb. 2006-cı ildə 24 nəfərdən ibarət və allergiyası olan xəstələr arasında tədqiqat aparılıb. Xəstələr həzin musiqi sədaları altında tərəf müqabilləri ilə 30 saniyə öpüşüblər. Məlum olub ki, öpüşdükdən sonra bədən allergiyaya daha yaxşı reaksiya verib.
Qan təzyiqini aşağı salır
Dodaqlar damarlardan meydana gəldiyi üçün öpüşmək damarlardakı qan dövranını sürətləndirərək həyati orqanlara qan axımını təmin edir. Beləcə, təzyiqi aşağı salmağa kömək olur.
Yaşlanmanı gecikdirir
Mütəxəssislər bildirir ki, öpüşmək üzdəki qan dövranını artırdığı üçün kollagen istehsalına təsir edir. Dodaqları hərəkət etdirmək üçün bütün üzü hərəkət etdirmək lazımdır. Bu vəziyyət isə elastikliyi artırır.
Kalori yandırır
Araşdırmalar sübut edir ki, öpüşmək dəqiqədə 2-6 kalori yandırır. Xüsusilə dili hərəkət etdirdikcə üzdəki bütün əzələlər də fəaliyyətə başlayır və dəqiqədə 26 kaloriyə qədər yağ yandırır.
Cinsi istəyi artırar
Serotonin, dopamin və oksitosin kimi kimyəvi maddələrin ifrazı xoşbəxtlik eliksiri kimi təsirə malikdir. Bununla birlikdə uzun müddət öpüşdükdə həm qadında, həm kişidə cinsi impulslar yaradan testosteron hormonu ifraz olunur. Testosteron afrodizyak təsirinə malikdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar