Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalı soyqırımı Tacikistanda yad edildi -FOTOLAR

Tarix: 22-02-2017 16:14     Baxış: 2389 A- / A+
Xocalı soyqırımı Tacikistanda yad edildi


Manevr.az-ın verdiyi xəbərə görə, Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyində mətbuat konfransı keçirilib. Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Azərbaycanın müstəqillik tarixinə qanlı səhifə kimi daxil olan Xocalı soyqırımı barədə geniş məlumat verərək, Xocalı soyqırımının dünyada baş verən digər soyqırımlarla bir sırada dayandığını, Xocalı şəhərinin ermənilər tərəfindən əsas hədəf seçilməsinin də daşnakların düşünülmüş siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırdı. Xocalının tarixi bir bölgədə yerləşərək Qarabağın tarixi xüsusiyyətlərini özündə əks etdirdiyi, bölgənin yeganə aeroportunun da bu şəhərdə olduğu barədə məlumat verilərək 1988-ci ildən başlamış Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciləi, tarixdə analoqu çox az olan hadisələrdən birinin məhz Qarabağın ən qədim məskənlərindən olan Xocalıda baş verdiyi vurğulayaraq, faciənin XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə dayandığını bildirdi.

Səfir A.Həsənov 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 mindən çox əhalinin yaşadığını, məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli Azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin də məskunlaşdığı barədə məlumat verdi. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə həyata keçirildiyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Səfir A.Həsənov eyni zamanda , Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi fərman verərək, Azərbaycan Respublikasının Milli Məclisininin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” kim elan etdiyini xatırladı.

“Sadoi Duşanbe” radiosu, “Mir” və “Cahonnome” telekompaniyası, “Xalq ovazi”, “Faraj” qəzetləri, “Firuza” jurnalı - kimi aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları ilə yanaşı yerli ictimaiyyətin nümayəndələri və jurnalistlərin iştirak etdiyi Mətbuast konfransında Tacikistanın - verilən suallar cavablandırıldı, Xocalı faciəsinə həsr edilmiş kitab, jurnal və CD-lər onlara təqdim olundu.

Xocalı soyqırımı Tacikistanda yad edildi
Xocalı soyqırımı Tacikistanda yad edildi
Xocalı soyqırımı Tacikistanda yad edildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar