Xəbər lenti
Sevgilisi olanlar oxusun -Ona verəcəyiniz ən böyük mükafat...
Evlilikləri mənasını itirən, yaxud da pisə doğru gedən cütlüklərlə yaxşı münasibəti olan cütlüklər arasında maraqlı bir araşdırma aparılıb.
Manevr.az-ın məlumatına görə, araşdırma zamanı məlum olub ki, cütlüklər romantik yeməklə, ya da bahalı hədiyyələrlə sevgisini canlandıra bilmirlər. Gündəlik həyatda sevdiyi ilə qısa zaman da olsa, bərabər vaxt keçirənlər isə əsl xoşbəxtliyi tapır.
Bəyəndiklərini dilə gətirmək
Necə tanış olduqlarını soruşanda bəzi cütlüklərin üzü gülür. Cütlüklərin bəzən qarşılıqlı qəzəbi, inciklikləri, hətta içdən-içə düşmən münasibətləri olsa da, içlərində hələ sevgi və heyranlıq olduğunun izləri görünür. Amma hər şeydən əvvəl hörmət gəlir. Sevdiyinizə duyduğunuz hörmət, ona qəzəb və incikliyinizi dilə gətirərkən xoşagəlməz davranışlar etmənizi əngəlləyər. Sevgi və heyranlığı artırmaq, canlandırmaq qarışıq iş deyil. Məsələn, bu işə onu nədən sevdiyinizi izah etməklə başlayın. Bir cütlüyün bir-birinə verə biləcəyi ən böyük mükafat tanındığını və başa düşüldüyünü hiss etməkdir. Bir-birinizə olan sevginizi və bəyəndiyiniz özəlliklərinizi dilə gətirin. Hər gün ona duyduğunuz sevgini bildirməyin bir yolunu tapın.
Şəfqət
Uzaqlaşmaq yerinə bir-birinə yaxınlaşan cütlüklər daha xoşbəxt olur. Gündəlik həyatın sıxıntı və qaçaqaçı içində sevdiyinizə ona necə dəyər verdiyinizi bildirməniz qiymətlidir. Məsələn, “İşin çoxluğundan dostlarıma vaxt ayıra bilmirəm”, - deyən sevgilinizə “Problem səndədir. Gününü planlaşdıra bilmirsən” deməkdənsə “həftəsonu birlikdə plan qurarıq” deyə bilərsiniz. Bir-birinizin yanında olanda həm fiziki, həm də duyğusal təmas qurun.
Ayrılıqlar
Səhər günə başlamadan əvvəl, o gün nələr edəcəyinizi sevgilinizlə paylaşın, onun edəcəklərini də öyrənin. İşə getməsi, köhnə dostları ilə bir araya gəlməsi kimi...
Günün sonunda
Cütlüklər bir-birinin duyğusal ehtiyaclarını çox zaman pis niyyətlə deyil, düşüncəsizlikdən, diqqətsizlikdən göz ardı edirlər. Belə halda hər yaşanılan anın əhəmiyyətli olduğunun fərqinə varmaq bir-birinə yaxınlaşmanın ilk addımıdır. Həm də sevginin qalıcılığının da işarəsidir. İşdən sonra müdirlə, ya iş yoldaşınızla o gün yaşadığınız problemlərdən, heç bitməyən işlərdən dolayı kefsiz, yorğun ola bilərsiniz. Evə bütün işi gətirmək nə qədər düzgün olmasa da, ağlınızdakı problemi də qapının arxasına buraxmaq elə asan olmur. Bunun üçün günü nöqtələyərkən mütləq stressi azaldan bir söhbət edin.
Həftəlik görüş
Bir-birinizə dəstək olmanın belə, iki həftəlik tətilə getməkdən daha çox əhəmiyyətli olduğunu ağlınızdan çıxarmayın. Sadəcə ikinizə aid olan iki saatı söhbət edərək keçirmək də bağlılığının bir yolu ola bilər.Aile.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar