Sizin Reklam Burada
Xəbər lenti
09-06-2026
08-06-2026
BÜTÜN XƏBƏRLƏR

Deputat heç kimi təhqir edə, yalan danışa və böhtan ata bilməz - Milli Məclisin Aparat rəhbəri

Tarix: 17-02-2017 14:31     Baxış: 2399 A- / A+
Deputat heç kimi təhqir edə, yalan danışa və böhtan ata bilməz



“Deputat heç kimi təhqir edə, yalan danışa və böhtan ata bilməz. Bunun üçün parlamentdə İntizam Komissiyası var.
Belə olan hallarda deputata qarşı daxili intizam tədbirləri görülə bilər. Lakin cəmiyyətdə olan, müzakirə edilən hansısa məsələ barədə deputat fərqli fikir deyirsə və bununla razı deyilsənsə, dostcasına ona yaxınlaşıb fikir bildirmək olar”.


Manevr.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) Aparat rəhbəri Səfa Mirzəyev KİV nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda informasiya qıtlığı var:

“Lakin bu, onunla bağlı deyil ki, kimsə hansısa informasiyanı gizlədir. Azərbaycan balaca ölkə olduğundan burada hər gün sensasion hadisələr baş vermir. Ona görə də bəzi mətbuat orqanları çox vaxt marağı artırmaq üçün ABŞ-ın yeni prezidenti Donal Trampın sevimli sözü olan “feyklər” yazaraq dövriyyəyə buraxır. Həmin məlumatın da yalan olub-olmadığı üçün müəyyən vaxt lazım olur. İctimaiyyətin də müəyyən müddət üçün başı qarışır. Əslində bizdə ciddi, əsaslı informasiya hazırlayan elektron mətbuatı o qədər də çox deyil. Burada fikirlər səsləndirildi ki, kimsə 10 sayt açır. Kiminsə çox sayt açması elə də önəmli deyil. Əsas saytın dolğun və dəqiq xəbərlərinin diqqət çəkməsi və oxunmasıdır”.

O, deyib ki, MM-də baş verənlər qurumun saytında dərc olunur.

“Ona görə də KİV-dən xahişimiz ondan ibarətdir ki, hansısa məsələ barədə fikir bildirəndə bizim ekspertlərlə məsləhətləşəsiniz. Çünki hərdən müzakirə olunan qanun layihəsi barədə elə söhbətlər gedir ki, bunun həmin layihə ilə heç bir əlaqəsi olmur. Milli Məclisin rəhbərliyi, Aparatı media ilə dostluq etmək niyyətindədir. Qəzetdə, saytda, televiziyada deyilən fikirlərdən incimək lazım deyil.

Hərdən insanların hissiyatına toxunan xəbərlər olanda bunu araşdırmaq lazımdır”- deyə, Aparat rəhbəri fikirlərinə əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar