Xəbər lenti
“Bunu onlar nə Elçibəyə, nə də xalqımıza bağışlaya bilmirlər”
Son zamanlar Zərdüşt və Araz Əlizadə qardaşlarının mətbuata verdiyi açıqlamalar sərt reaksiyalara səbəb olub. Xüsusilə də Zərdüşt Əlizadənin öz müsahibəsində milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyə ünvanlı həqarətləri Elçibəysevərləri hiddətləndirib.
Elçibəy komandasının üzvlərindən olan sabiq səfir Hikmət Hacızadə Əlizadə qardaşlarının apardıqları “Elçibəy xalqa nə verib?” diskussiyasına aşağıdakı kimi reaksiya verib:
“Budur Elçibəyin 1 illik hakimiyyəti zamanı etdikləri:
- 1 illik Elçibəy hakimiyyəti dönəmində (8 iyun 1992 - 15 iyun 1993) Milli Ordu yaradıldı, sərhədlərimiz yaradılmış Milli Sərhəd Qoşunları tərəfindən qorunmağa başlandı, Sovet respublikaları arasında rus ordusu ilk olaraq Azərbaycan Respublikası ərazisindən çıxarıldı (25 may 1993), pambıq yığımına əhalinin zorla məcbur edilməsi praktikasına son qoyuldu; müəllimlərin maaşları kəskin şəkildə artırıldı, milli azlıqların hüquqları (dil, tarix, mədəniyyət) ilə baglı fərman imzalandı, Azərbaycan türklərinin kimliyi, tarixi və mədəniyyəti bərpa olundu, qəbul imtahanlarında rüşvətə son qoyan test sistemi tətbiq olundu, bütün siyasi partiyalar qeydə alındı; məscidlər dindarlara qaytarıldı, bütün qəzetlərə rəsmi fəaliyyət icazəsi verildi; Azərbaycan Respublikası BMT və ATƏT-ə üzv oldu (2 mart 1992), 1992-ci il iyunun 12-si ilk dəfə olaraq Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatlar başladı; Ağdərə bölgəsi, Goranboy ərazisi, Laçının 33 kəndi, Cəbrayılın 10 kəndi erməni və rus silahlı birləşmələrindən təmizləndi, Brüsseldə Avropa İttifaqı Dağlıq Qarabağa dair ilk bəyanat qəbul etdi (22 may 1992-ci il), Qarabağ müharibəsi zamanı genişmiqyaslı uğurlu hərbi əməliyyatlar aparıldı (13 iyun 1992); Ermənistanı ilk təcavüzkar ölkə kimi tanıyan təşkilat “İslam Konfransı Təşkilatı” oldu (17 iyun 1992), milli valyuta - manat dövriyyəyə buraxıldı; latın əlifbasına keçid təmin olundu; latın əlifbasında 70-ə qədər dərslik buraxıldı, kənd əhalisinə torpaq paylanmasına başlandı”.
H.Hacızadə Araz Əlizadənin “biz türk deyilik” fikrinə də reaksiya verdi: “Bu “yox, biz türk deyilik” və ya “yox, biz türkük” məsələsi hələ sovet vaxtından qalıb, təxminən 70 ildir ki, “çevir tatı, vur tatı” gedir. Amma mən bunun sadə həllini təklif edirəm. Təklif edirəm ki, qoy heç kəs “biz” sözünü burada işlətməsin. “Mən” sözünü işlətsin, onda hər şey öz yerini tutacaq. Qoy filankəs desin ki, “şəxsən mən türk deyiləm”. Və ya “mən şübhə edirəm ki, mən türkəm”. Ya da desin ki, “bəli, mən türkəm!” Axı, nə cürətlə kimsə hamının adındam danışa bilər? Bu 70 illik dikussiyanın sonunu mən belə görürəm. Qoy Araz bəy desin: “mən türk deyiləm, məndən əl çəkin! Vəssəlam!”
H.Hacızadə hesab edir ki, Əlizadə qardaşlarının vaxtaşırı hədəfə alqıqları Ə.Elçibəylə ədavətinin arxasında iki səbəb ola bilər: “Birincisi, Elçibəyin türkçülüyünü qeyri-türk Əlizadə qardaşları qəbul etmir. İkincisi, sadəcə paxıllıqdı. Yəni “niyə xalq Elçibəyin ardınca getdi, amma Zərdüşt bəyın ardınca getmədi”. Bunu onlar nə Elçibəyə, nə də xalqımıza bağışlaya bilmirlər. Adam özündə güc tapıb bu hissi üstələməlidir. Məsələn, xalq mənim də ardımca getməyib, amma mən xalqdan küsməmişəm, əvəzində mən də xalqın dalına düşmirəm. Olur heç-heçə.(Musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar