Sizin Reklam Burada
Xəbər lenti
01-11-2024
31-10-2024
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkünlərlə bağlı fərman niyə dəyişdirildi? - ƏLİ HƏSƏNOV AÇIQLADI

Tarix: 15-02-2017 13:08     Baxış: 6417 A- / A+
Məcburi köçkünlərlə bağlı fərman niyə dəyişdirildi?


Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkə prezidentinin dünən imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" fərmana dəyişiklik edilməsi barədə fərmanı şərh edib.

Lent.az-ın AzTV-nin "Xəbərlər" proqramına istinadən məlumatına görə, komitə sədri deyib ki, Fərmanın 1.2-ci hissəsinin 1-1.-ci bəndinə əsasən, sayğacların quraşdırılması texniki baxımdan mümkün olmayan yerlərdə həm elektrik enerjisinə, həm qaza, həm də suya görə ödəniş 2017-ci ilin 1 yanvarından "Qaçqınkom" tərəfindən əvvəlki qaydada və əvvəlki limitə uyğun olaraq ödəniləcək. Elə yerlər var ki, orda qaz da, elektrik enerjisi də, su da var, sadəcə onlar texniki baxımdan elə bir vəziyyətdədir ki, ora yaxın günlərdə texniki baxımdan sayğac quraşdırmaq qeyri-mümkündür. Söhbət yataqxanalardan, pansionatlardan, yarımçıq tikililərdən gedir.

Ə. Həsənov deyib ki, Fərmanın növbəti bəndi qaz olmayan yerlərdə məskunlaşan məcburi köçkünlərə aiddir: "Nazirlər Kabineti 3 gün ərzində limitləri müəyyənləşdirəcək və 15 gün ərzində qazlaşdırma proqramını və Azərbaycan prezidentinin fərmanlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliklərini ölkə başçısına təqdim edəcək. Elektrik enerjisinə görə limit müəyyənləşəcək və bu limit də "Qaçqınkom" tərəfindən mərkəzləşmiş qaydada "Azərişığ"a ödəniləcək. Bu zaman elektrik enerjisinə görə limit dəyişəcək, çünki bu obyektlərdə qaz yoxdur, tam sərfiyyat olur. Su, qaz isə yenə əvvəlki qaydalara uyğun mərkəzləşmiş qaydada ödəniləcək".

Komitə sədrinin sözlərinə görə, bu işi başa çatdırmaq üçün "Qaçqınkom", yerli icra hakimiyyətləri, işğal altındakı icra hakimiyyətləri və kommunal xidmət təşkilatları ciddi işləməlidir: "Bu qəbildən olan insanların kompakt yaşadıqları obyektlərin sayı, ünvanı, adı, orda yaşayan əhalinin ümumi sayı var, amma əvvəlki qaydada 20 manat ödəmək üçün çox qısa müddətdə müvafiq qurumlar komitəyə adlı siyahı təqdim etməlidir. Heç kimdə belə bir fikir formalaşmasın ki, nə üçün 20 gündən sonra fərmanda dəyişiklik oldu. Bu dəyişiklik olacağı bilinirdi, dekabr ayında ölkə başçısı tərəfindən tapşırıq verilmişdi ki, yanvar ayında monitorinq aparılsın. Biz bu monitorinqi apardıq, sərfiyyat müəyyənləşdi. Biz artıq bilirik, bir adam və bütün ailə kommunal xidmətlərə görə nə qədər sərfiyyat edib. Prezident bunların hamısını yoxlayandan sonra yenidən məcburi köçkünlərə doğru bir addım atdı".

Qeyd edək ki, məcburi köçkünlərdə fərmana dair hansısa sual yaranarsa, onlar Komitənin 4312907, 4315159, 4300922, 5308237, 4300923 telefonlarına zəng edə bilərlər

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar