Sizin Reklam Burada
Xəbər lenti
01-11-2024
31-10-2024
BÜTÜN XƏBƏRLƏR

“Yazın ki, qızım təmiz olub, qoy hamı bilsin”…

Tarix: 13-02-2017 09:49     Baxış: 5380 A- / A+
“Yazın ki, qızım təmiz olub, qoy hamı bilsin”…



Tovuzda Düz Qırıqlı kəndində bir neçə gün əvvəl intihar edən Aliyə Qəmbərovanın ailəsini ziyarət etdik, acılarını paylaşmağa çalışdıq. Bu ailəni neçə ildir tanıyıram. Aliyə kiçik yaşlarında atasını itirib, anası 2 övladını böyütmək üçün gecə-gündüz çalışıb. Aliyə özü də ağıllı qız idi, Kollecdə təhsil alırdı. Acılı anası və nənəsini Aliyənin gənc yaşda intihar etməsi o qədər üzmüşdü ki danışdıqca gözlərindən yaş dolu acı axırdı.

Onların acılarını isə dedi-qodular daha da artırmışdı. Gənc övladının acısı ilə qovrulan ananın dərdi qalmışdı bir tərəfə övladının təmiz olduğunu hər kəsin bilməsini istəyirdi. “Tanımadan, bilmədən, günahdan qorxmadan övladımın arxasınca danışanlar az deyil. Bir qız intihar edən kimi o dəqiqə başlayırlar onun haqqında mənfi düşünməyə.

Bu nədən belədir axı? Sizdən bir xahişim var siz yazın ki qızım təmiz olub qoy hamı bilsin. Övladım rahat yatsın. Sizdən sadəcə bunu istəyirəm”- deyirdi gözyaşlarıyla acılı ana. Nənəni isə məclisə gətirilən mollanın sözləri o qədər yandırııb ki dayanmadan “belə şey etmək olarmı Qənirə xanım. Uşağın cəsədini yumağa düşürdüm birdən eşitdim ki kimsə deyir Allah rəhmət etsin qonşu kəndlərin birindən gəlmiş molla da qayıdıb deyir ki ona rəhmət düşmür. Molla belə danışarmı? Acımı o qədər artırdı ki onun o sözləri. Bunları söyləyin. Belə şeylər etmək olmaz. Onsuz da bizim acımız bizə ömürlük bəsdir. Bizim qəlbimizə bu cür sözlərlə yaralar vurmaq doğru deyil axı. Mənim nəvəm mələk kimi qız idi. Bir kimsəyə pisliyi dəyməyib. Çox ağırıma gəldi mollanın o sözləri. Qohumların bəziləri deyir gərək bizə deyəydin eşitdiyin o sözləri deyərdik çıxıb getsin yas məclisindən ”deyirdi və bu cür yanaşmaların doğru olmadığını yazmamı istəyirdilər. Söz verdim ki yazacam. Əziz insanlarımız, intihar o qədər ağır bir faciədir ki, bu addımı atan insanların əzizlərinin çəkdiyi acı yaşadığı şok da çox böyük olur. Ona görə də bu ailənin sözləri əslində bütün cəmiyyətimizə ünvanlanıb. Daha həssas, daha anlayışlı olmalıyıq. Əslində intiharları da ancaq bu cür yanaşma ilə azalda bilərik. Evdən ayrılanda Aliyənin böyüdülmüş şəklindən bizə baxan məsum gözləri ilə qarşılaşdıq. Sanki bir şeylər söyləmək istəyirdi… Əslində söyləyirdi də… Nur içində yat Aliyə. Gərək belə etməyəydin. Gözəl bir qızdın və bütün həyatın qabaqdaydı…

Gənclərimizə səslənərək söyləmək istəyirəm ki əziz gənclər intihar çıxış yolu deyil. Həyatda nə çətinlik, problemlərlər olursa olsun insan mübarizə aparmalıdır və Allahın ona verdiyi ömrə əlləri ilə son qoymamalıdır. Üzləşdiyiniz problemləri anladın ailənizə, dostlarınıza, hətta tanımadığınız yad bir adama. Amma intihara əl atmayın. Çünki özünüzlə bərabər əzizlərinizin içərisindəki sevinc, mutluluq hissini də öldürəcəksiniz və onlara bəzən özlərinə ömür boyu bağışlaya bilməyəcəkləri keşkələr buraxacaqsınız. Onunla isə yaşamaq çox çətindir… Çox…

Qənirə Paşayeva
Millət vəkili


“Yazın ki, qızım təmiz olub, qoy hamı bilsin”…

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar