Xəbər lenti
İlhamə Quliyevanın köməkçisi azadlığa buraxıldı

Mərhum müğənni İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovaya hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 70-cı maddəsi tətbiq olunaraq, ona 1 il 3 ay şərti cəza verilib. M.Hüseynova məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror müğənni İlhamə Quliyevanın 2 milyon 700 min manat dəyərində olan daşınan və daşınmaz əmlakını ələ keçirmək məqsədi ilə saxta sənəd hazırladığını əsas gətirərək, M.Hüseynovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, mərhum müğənni İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar