Xəbər lenti
“İndiyə qədər görməmişəm ki, kimsə mənə rəğbət göstərsin” - Aqil Abbas
Millət vəkili Aqil Abbasın sosial şəbəkələrdə tanınmış jurnalistlər Elçin Şıxlı və Qulu Məhərrəmli ilə fotosu paylaşılıb.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, fotoda Aqil Abbas Elçin Şıxlıya tərəf əlini uzadaraq nə isə deyir. Bu məqam istifadəçilərin marağına səbəb olub və Aqil Abbasın burada hansı fikri söyləməsi müzakirə obyektinə çevrilib.
Aqil Abbas sayta açıqlamasında bildirib ki, sosial şəbəkələrdə hər zaman onu tənqid edirlər: “Hələ indiyə qədər görməmişəm ki, sosial şəbəkədə kimsə mənə rəğbət göstərsin. Ancaq bəlkə də ən azı mindən çox adama köməyim dəyib. İndi də haqqında danışılan şəkil çəkiləndə mən Elçin Şıxlıya deyirdim ki, İsmayıl əmidən sonra Kür yetim qalıb. İnanın ki, bax belə də deyirdim həmin vaxt. Mən Kürün sahilinə tez-tez gedirəm. İsmayıl əmidən (İsmayıl Şıxlı-red.) sonra həqiqətən də Kür yetim qalıb. Onun dəliliyi gedib”.
Aqil Abbas bildirib ki, sosial şəbəkədə Azərbaycanın həqiqi söz deyən adamlarını xaricdən maliyyələşən bir qrup şəbəkə istifadəçisi susdurmaq istəyir: “İstəyirlər ki, danışmasınlar. Çünki düşünürlər ki, doğru sözü, həqiqəti söyləyən adamları susdurmaq lazımdır. Onlar buna çalışırlar və müəyyən mənada da susdura bilirlər. Çünki adamlar abır-həyalarına qısılırlar”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar