Xəbər lenti
Qadının seksuallığını itirdiyi 9 AN
Seksuallığı ilə hər kişinin ağlını başından alacağını düşünən qadın yanılır. Bir kişinin ən gözəl qadında belə, görməyə dözə bilmədiyi davranışlar var. Manevr.az aile.lent.az-a istinadən seksual görünməyi korlayan 9 təhlükəli anla sizi də tanış edir.
1. Söyüş söydüyü an
Çox sadə: Söyüş kişiləşdirir. Qadın söyüş söydüyü an görünüşünü korlayır və bütün seksuallığı məhv olur.
2. Ərköyünləşdiyini qabartdığı an
"Amma sevgiliiimmm ...." "yaxşı da...." "Yooo, mən elə istəmirəmmmm...." "Ehhhhh ... məni sevmirsən?". Bu sözlər heç də sizi sevimli etmir.
3. Uşaq, körpə kimi danışdığı an
Uşaq səsi ilə seksuallıq bir-birinə tam yaddır.
4. Pis qoxan an
Bədən, görünüş gözəl olsa da, bir qadının yaydığı qoxu dözülməzdirsə, yalnız kişilər deyil, hər kəs ondan qaçar. Ağız qoxusu, duş qəbul etmədiyini ört-basdır etmək üçün vurduğu ətir, dəyişilməyən alt paltarları, yuyunmamış cinsi orqan qoxusu... Bunlarla hansı seksuallıqdan danışmaq olar?!
5. "Makiyajım necədir?" soruşduğu an
Bu sualı kişiyə versəniz, özünü qadın kimi hiss edər. Başqalarının yanında soruşulduqda isə əsəb yarada bilər. Güzgü var ikən bunu kişidən soruşmağa nə ehtiyac var?
6. Yarısı qopmuş laklar
Çirkli dırnaq təəssüratı yaradır, içi təmiz olsa da!
7. Əlini belinə qoyduğu an
Döyüşə hazırlaşan qadın əlini belinə qoyur, başını irəli verər və o anda üzündə olan ifadədən uçan quşlar da qorxub qaçar.
8. Şux baxmaqdan imtina etməyəcəyini müəyyən etdiyi an
Şux baxışların da bir istifadə müddəti var. Davamlı şux baxışlarla baxan qadın bir müddət sonra özünü bir kişiyə sırımaq hiss yaradır. Sözsüz ki, kişilər də axmaq deyil.
9. Hər zaman seksual geyinmək
Bədən xətlərini ortaya çıxaran geyimlərdən imtina etməyən qadın özünü hər kəsdən itələyir. Ayaqları nə qədər gözəl olursa-olsun, daim qısa ətək, ombalar nə qədər gözəl olursa-olsun daim “lasin” geyinmək olmaz. Döşlər nə qədər iri və yumru olsa da, davamlı sinə dekoltesi geyinməyə ehtiyac yoxdur. "Mən bu ayaqlar, ombalar, döşlərlə hər kəsin ağlını başından alaram” mesajı verən qadın, əskinə, hər kəsi özündən uzaqlaşdırır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar