Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

2.5 milyon manata Malta vətəndaşlığı alan azərbaycanlılar - ARAŞDIRMA

Tarix: 13-01-2021 17:07     Baxış: 5316 A- / A+
2.5 milyon manata Malta vətəndaşlığı alan azərbaycanlılar - ARAŞDIRMA


Malta "qızıl pasport” sahiblərinin adını açıqlayıb. 2019-cu ildə 3 min xarici ölkə vətəndaşı Malta vətəndaşlığı alıb.

Manevr.az-ın məlumatına görə, bizim.media "meduza.io”ya istinadən xəbər verir ki, siyahıdakı 300 nəfərin ad və soyadına baxanda onların keçmiş SSRİ ölkələrinin vətəndaşları olduğu məlum olur.

Əvvəllər Malta hökuməti sərmayə müqabilində vətəndaşlıq verdiyi şəxslərin adlarını məxfi saxlayırdı. 2019-cu ildə Malta vətəndaşlığı alan məşhur oliqarxlardan biri də "Forbes”in milyarderlər siyahısında yer alan "Texnonikol”un yaradıcısı Sergey Kolesnikovdur.

Varlı ruslar arasında Malta pasportuna sahib olanlardan Adriana Melnikova, Sergey Boqdançikov, Vedernikov, Anton Strekalov, Andrey Zinovyev və gürcü Georgi Çumburidzenin adları var.

Qeyd edək ki, 2019-cu il ilə bağlı olan siyahıdakı adamlar 2020-ci ildən etibarən Malta vətəndaşıdır.

Ən yeni siyahıda azərbaycanlıların adına rast gəlinməsə də, 2018-ci ildə Malta vətəndaşlığı almaq üçün müraciət edib, 2019-cu ildə "qızıl pasport” alanlar arasında həmvətənlərimiz var:

Ayxan Bəylər Məmmədbəyli
Bəşir Yusif oğlu Cabbarov
Bəylər Firudin Məmmədov
Yusif Həsən oğlu Cabbarov

Xatırladaq ki, Azərbaycan vətəndaşlarının ikili vətəndaşlığı qadağan edilib. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 10-cu maddəsində ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunub.

Belə ki, Azərbaycan vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin - dövlətlərin vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, ölkəmizin beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyamızın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

10-cu maddənin ikinci hissəsinə görə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı Xarici İşlər Nazirliyi (AR XİN) və Dövlət Miqrasiya Xidmətinə (AR DMX) 1 ay müddətində yazılı məlumat verməlidir.

Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qeyd edək ki, Malta öz pasportunu əcnəbilərə müəyyən şərtlərlə verir. Belə ki, Malta vətəndaşı olmaq istəyənlər əvəlcə həmin ölkənin Milli İnvestisiya Fonduna 650 min avro vəsait köçürməli, iqtisadiyyatına isə 150 min avro sərmayə yatırmalıdır.

Bununla yanaşı, Malta pasportunu daşımaq üçün 350 min avro da əmlaka xərclənməli, yaxud ildə 16 min avro pul verib, 5 illik kirayə müqaviləsi imzalanmalıdır. 2020-ci ilin oktyabrından sonra Malta vətəndaşlığını rezident formasında 1 ildən 3 ilə kimi verilir və artıq "qızıl pasport”a sahib olmağa çalışanlar dərin hüquqi yoxlamalara da məruz qalır.

Nəticədə onu deyə bilərik ki, Malta vətəndaşı olmaq üçün 2,5 milyon manata qədər pul lazımdır.

Malta vətəndaşlığı alan azərbaycanlıların kimliyi haqda araşdırmalarımız davam edir, yaxın günlərdə oxucularımızın diqqətinə tədim edəcəyik.

2.5 milyon manata Malta vətəndaşlığı alan azərbaycanlılar - ARAŞDIRMA
2.5 milyon manata Malta vətəndaşlığı alan azərbaycanlılar - ARAŞDIRMA

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar