Xəbər lenti
“Niyə Azərbaycanda ali təhsil haqqında qanun olmasın?” -Zahid ORUC
“Hazırda Azərbaycan və Belarus arasında bir bloqerlə bağlı məsələ var. Azərbaycan tərəfi həmin bloqerin həbsi və Azərbaycana ekstradisiyası haqda təşəbbüslə çıxış etdi”.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bunu parlamentdə deputat Zahid Oruc Milli Məclisin 2017-ci il yaz sessiyasında qanunvericilik işləri planı haqda müzakirələr zamanı deyib.
Deputat bildirib ki, Belarus tərəfinin bu təşəbbüsə müsbət cavab verməsi çox yaxşı haldır:
“Hesab edirəm ki, Azərbaycan tərəfi bunda haqlıdır. Azərbaycan bəyan edir ki, sərhəddi qanunsuz keçənlərlə bağlı ölçülər götürməlidir. Erməni tərəfi isə iddia edir ki, Azərbaycan işğal edilən ərazilərə səfər edənləri bu formada qorxudur. Bizdə ancaq XİN-in müvafiq qara siyahısı var və bundan başqa mexanizmi yoxdur. Hesab edirəm ki, belə səfərləri Azərbaycan təşkil edə, viza verə bilər. Bu halda erməni tərəfi bu səfərə qarşı çıxacaq”.
Z.Oruc ikinci təklif kimi Qafqaz Universiteti məsələsini qaldırıb:
“Zatən cəmiyyət və dövlət bunu anlayışla qarşılayır. Niyə Azərbaycanda ali təhsil haqqında qanun olmasın? Mənim hüququm var ki, orada aldığım təhsili davam edim. Əlbəttə, deyilə bilər ki, alternativ müəssisələr daha prestijlidir. Ancaq bu məsələni çözməyin yolu məhkəmədir. Bu baxımdan ali təhsil haqqında qanun əsas rol oynaya bilər”.
Deputat həmçinin lobbiçilik fəaliyyətinin rəsmiləşdirilməsini təklif edib:
“Görürük ki, mütəşəkkil lobbi qurumları Azərbaycanı hədəf seçirlər. Deməli, biz özümüzü qorumalıyıq. ABŞ-ln təkcə bu sahəyə 2016-cı ildə ayırdığlı vəsait 32 milyarddan artıqdır. Mən hesab edirəm ki, Azərbaycan özünün xaricdəki maraqlarını qorumaq üçün dövlət büdcəsindən vəsait ayırmalıdır. Biz beynəlxalq maraqlarımızı qorumaq üçün qanun qəbul etməliyik”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar