Xəbər lenti
"Tək istəyim balamın qəbrinin olmasıdır" - nəşi qaytarılmayan şəhidin anası
1 aya yaxındır buz kəsmiş bədəni erməni girovluğunda saxlanılan şəhid Çingiz Qurbanovun anası Nailə Qurbanova modern.az-a danışıb.
Onun yeganə istəyi balasının qəbrinin olmasıdır: "Nigaranıq, narahatıq və gözləyirik".
4 ildir Bakıda kirayədə yaşadıqlarını deyən Nailə Qurbanova səhhətilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Sağlamlığım yerindədir, elə bir xəstəliyim də yoxdur. Tək istəyim balamın geri verilməsidir".
Bəzi KİV-lərdə Ç.Qurbanovun anasının insult keçirdiyi bildirilib.
Şəhid anası rəsmilərin tez-tez onlarla əlaqə saxladığını deyib:
"Maraqlananlar çoxdur. Deyiblər, meyidi qaytaracaqlar, amma günü demirlər. Deyirlər, gözləyin".
İndi şəhid anasının yeganə qalan övladı, oğlu Beydulla Qurbanovdur ki, o, hazırda Texniki Universitetin 2 kurs tələbəsidir.
Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyidi qarşı tərəfdədir.
Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.
Məlumat üçün bildirək ki, Azərbaycan ordusunun hərbçisi Çingiz Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən İrəvana aparılıb. Ermənilər bir neçə dəfə şəhid əsgərimizin İrəvan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayıblar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar