Xəbər lenti
"Elmin "başı" ilə məşqul olmalıyıq, "quyruğu" ilə yox" -Şahlar ƏSGƏROV

Manevr.az sabiq deputat, təhsil üzrə ekspert Şahlar Əsgərovun təhsillə bağlı sosial şəbəkədə paylaşdığı qısa və mraqlı fikirləini oxucularına təqdim edir:
"Dünən AzTU-nun Elmi Şurasının iclasında bu universitetin İctimai Şurasının üzvlərindən Flora Xəlilzade, Şayəddin Əliyev, Reyhan Hüseynova və mən iştirak edirdik. Gündəliyin birinci məsələsi il ərzində görülən elmi işlərin nəticələrinin müzakirəsi idi. Ciddi və faydalı müzakirə getdi. Tətbiqi və tənqidi fikirlər də söyəndi. Dekan Ramiz Hüseynov elmə xərclənən pulun iqtisadiyyatımıza xeyir vermədiyindən gileyləndi. İctimai Şuranın sədri kimi mən də çıxış etdim. Çıxışımda Elyaz Babayevin adını çəkdim və dedim ki, Azərbaycanda ilk və son "KƏŞF" diplomunu AzTU-nun bu alimi almışdi. Bu universitet texniki ziyalıların sıx toplandığı ali məktəbdir. Çıxışımda müsəlman dünyasının elmdə geri qalma səbəblərindən də danışdım. Hesab edirəm ki, ölkəmizdə elm kəsilməz spektr (bütün mümkün elmi istiqamətlər) üzrə yox, zolaqlı (texnologiyaya çevrilə bilən) spektr üzrə maliyyələşsə faydalı olar. Və elmin "başı" ilə məşqul olmalıyıq, "quyruğu" ilə yox. Bütün istiqamətlər üzrə elmi ancaq super dövlətlər inkişaf etdirə bilər. Bizə iqtisadiyyatımızı yüksəldən elm lazımdır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar