Xəbər lenti
Yaxın günlərdə qar yağacaqmı?
Bu il Azərbaycanda qış mövsümünün çox sərt keçəcəyi barədə proqnozlar hələ ki təsdiqini tapmır. Göründüyü kimi, yanvar ayında gözlənilən sərt hava şəraiti müşahidə olunmur. Bununla belə, qonşu Rusiya və Türkiyəyə tez-tez qar yağır, temperatur xeyli aşağı düşüb. Bəs görəsən, yaxın günlərdə ölkəmizdə də qarlı-boranlı qış gözlənilirmi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bu barədə açıqlama verib. Qurum rəsmisi yaxın günlərdə ölkəmizdəki hava şəraiti barədə bunları deyib:
“Bu il də əvvəlki yanvar aylarında müşahidə olunan hava şəraiti hökm sürür. Yaxın 2-3 gün ərzində qar yağacağı gözlənilmir. Fevral ayı üçün isə hələ ki hava şəraiti proqnozlaşdırılmayıb. Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gün ərzində bəzi qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir".musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar