Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu siqareti satmaq qadağandır - FOTO

Tarix: 24-01-2017 14:28     Baxış: 6477 A- / A+
Azərbaycanda bu siqareti satmaq qadağandır

İqtisadiyyat Nazirliyi “Azəri” korporasiyasına həmin müəssisənin Şəkidə 2016-cı ilin iyulundan istehsal etdiyi filtrsiz “Pramida” siqaretinin satışını qadağan edib.

Manevr.az Turan Agentliyinə istinadən xəbər verir ki, bu barədə “Azad İstehlakçılar” İB-nin rəhbəri Eyyub Hüseynov bildirib.

Filtrsiz siqaret istehsalı faktının araşdırılması “Azad İstehlakçılar” İB-nin Nazirlər Kabinetinə müraciətindən sonra başlayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin cavab məktubunda qeyd edilir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə 14 dekabr 2016-cı ildən “Azəri” korporasiyasına filtrsiz siqaret istehsalı üçün 16 iyul 2016-cı ildə verilən gigiyena sertifikatı ləğv edilib.

“Filtrsiz siqaret istehsalının qadağan edilməsi istehlakçıların qələbəsidir. İndi növbə bu siqaretləri satışdan yığışdırmalı olan Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindir”, deyə Eyyub Hüseynov bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar