Xəbər lenti
Məcburi köçkünlərin güzəştləri LƏĞV EDİLİR
Hökumət məcburi köçkünlərin bəzi güzəştlərini ləğv etməyə hazırlaşır. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi kommunal xidmət haqları ilə bağlı məsələdə susqunluğunu davam etdirsə də, Modern.az saytına bəzi məqamlar aydın olub.
Sayta daxil olan məlumata görə, 2017-ci ilin yanvar ayından hələlik məcburi köçkünlərin 4 kateqoriyası bəzi güzəştlərdən yararlana bilməyəcəklər.
"Çörəkpulu" verilməsi dayandırılacaq məcburi köçkünlər:
1. Məcburi köçkünün evi, öz adına kupçası varsa;
2. Məcburi köçkün işləyir və əmək haqqı alırsa;
3. 2017-ci ildə doğulan məcburi köçkün uşaqlara (ata və anası məcburi köçkün olsa belə) çörək pulu verilməyəcək.
Məcburi köçkünlərə 20 manat aylıq yemək xərci verilir.
Məcburi köçkün tələbə təhsil haqqı ödəyəcək
Digər məlumata görə, 2017-2018-ci tədris ilində ödənişli əsaslarla ali məktəbə daxil olan məcburi köçkün tələbələr təhsil haqqından azad edilməyəcək. Yəni onlar da pullu ixtisaslara qəbul olunacaqları təqdirdə ödəniş edəcəklər...
Qanunvericiliyə görə, çörək pulu aşağıdakı şəxslərə verilir:
- Məcburi köçkün statusuna malik olub respublika ərazisində olan şəxslərə;
- Valideynlərindən hər ikisi məcburi köçkün statusuna malik olan uşaqlara;
- Valideynlərindən atası məcburi köçkün statusuna malik olan uşaqlara;
- Ər və ya arvaddan biri məcburi köçkün statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında məcburi köçkün statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara;
- Ər və ya arvaddan birinin məcburi köçkün statusuna malik olduğu ailələrdə onlardan birinin vəfat etməsindən sonra "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində olan uşaqlara;
- Faktiki nikahdan doğulmuş, məcburi köçkün statusuna malik olan şəxsin himayəsində olan uşaqlara digər müavinətlər verilmədikdə;
- Qarabağ müharibəsindən əvvəl işğal olunmuş rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara;
- Məcburi köçkün statusu olan hər iki valideynini itirmiş uşaqlara.
Qanuna görə, çörək pulu almayan köçkünlər:
- Şəhid ailələri istisna olunmaqla, mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edərək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlər;
- Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlar və onların uşaqları;
- Müddətli hərbi xidmətdə olan məcburi köçkünlər;
- Həbsdə olan məcburi köçkünlər;
- Məcburi köçkün statusu olmayıb, məcburi köçkün statusu olan şəxslə nikaha daxil olan şəxslər;
- Məcburi köçkün statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək;
- Pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən "məcburi köçkün" statusu olan şəxslər;
- Səfərbərlikdən boyun qaçıran və fərarilik edənlər;
- Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vəzifəyə təyin olunan və deputat seçilmiş məcburi köçkünlər;
- Hüquq-mühafizə orqanlarında xidmət edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər
- Məcburi köçkün statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq başqa ölkədə olan məcburi köçkünlər;
- Valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlar;
- Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilən məcburi köçkün statusu olan şəxslərdir.
***
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin bundan öncə yaydığı məlumatda deyilirdi ki, ölkə ərazisində öz yaşayış ünvanlarını dəyişərkən faktiki istehlaka görə kommunal xidmət xərclərinin ödənilməsi üçün həyata keçirilən müəyyən prosedur qaydaları artıq əlavə problemlərin yaran gətirib çıxarırdı. By səbəbdən də Komitə bildirib ki, məcburi köçkünlər işlətdikləri kommunal xidmətin haqqını özləri ödəyəcəklər. Kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsaitin yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hökumət tərəfindən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlər hesabına məcburi köçkünlərin kommunal xidmətləri xüsusi limit tətbiq edilməklə ödənilir.
Hələlik kommunal xidmət haqlarının nağd şəkildə köçkünlərə verilməsi barədə rəsmi qərar çıxarılmayıb.
Məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılıb.
Bundan başqa, köçkünlərə adambaşına qış aylarında təbii qazdan istifadəyə 45 kub, mart, aprel, may və oktyabr üçün 35 kub, yerdə qalan 4 ay üçün isə orta sərfiyyat 25 kub limit ayrılır. Adambaşına su istehlakı limiti isə aylıq 5 kubdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar