Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Kanadanı heyrətə gətirən türk - FOTO

Tarix: 21-01-2017 12:08     Baxış: 6445 A- / A+
Kanadanı heyrətə gətirən türk


Kanadada bir binanın 12-ci mərtəbəsində baş verən yanğın zamanı insanları xilas edən Qaşıqçıoğlu soyadlı türk Edmonton bölgəsində qəhrəman elan edilib.

Manevr.az xəbər verir ki, dəfələrlə yuxarı qalxaraq, yanan binada qalan insanları xilas edən pizza və dönər satıcısı Rza Qaşıqçıoğlunun bu addımı yerli əhali tərəfindən təqdirlə qarşılanıb.

Hadisə ilə bağlı danışan Qaşıqçıoğlu bunları deyib:

“Binadan tüstü çıxdığını görəndə həyat yoldaşıma 911-ə zəng etməsini tapşırdım. Özüm isə “Bina yanır” deyib ətrafdakıları xəbərdar etdim. Sonra bütün mənzillərin yanğın siqnalını işə saldım, insanlar binadan çıxmağa başladılar. 7-ci mərtəbədə tüstü basmış bir evdə əlil arabasında qalmış yaşlı qadın gördüm. Tez onu arabası ilə birlikdə kürəyimə alıb, binadan çıxardım. Biz türkük, bu, bizim insanlıq borcumuzdur”.

Hadisədən sonra Rza Qaşıqçıoğlunun dükanına müştəri axını güclənib.

Türkiyənin Ottavadakı səfiri Səlcuq Ünal isə Qaşıqçıoğluya zəng edərək onu təbrik edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar