Xəbər lenti
"Azərbaycan dilində danışmaq istəyirəm" - Suqul
Mən Azərbaycan dilində danışmaq istəyirəm.
Bu sözləri AzərTac-ın müxbiri ilə söhbətində Tallinn gimnaziyasının 11-ci sinif şagirdi Liisumariya Suqul deyib.
L.Suqul Azərbaycanın həqiqi dostu kimi ölkəmizin gerçəkliklərini sosial şəbəkələrdə təbliğ edir.
O, Azərbaycana məhəbbətinin necə yaranması barədə suala cavabında deyir ki, sosial şəbəkələrdə tez-tez bu Şərq ölkəsi haqqında məqalələrə rast gəlib, gözəl Bakının fotolarını görüb.
L.Suqul 2015-ci ildə Azərbaycandan dostlar tapıb və onlardan mədəniyyətimiz və tariximiz haqqında çoxlu maraqlı faktlar öyrənib. O, 2016-cı ilin aprel ayında Dağlıq Qarabağ münaqişəsi zonasında baş vermiş hadisələri də diqqətlə izləyib.
Liisumariya 2016-cı ilin mayında Azərbaycana gələrək, dostlarının evində qonaq qalıb. O, heyranlıqla deyir: “Mən sanki nağıllar aləminə düşmüşdüm. Avropa ölkələrinin çoxunda olmuşam. Amma heç vaxt inanmazdım ki, Avropadan uzaqlarda, Cənubi Qafqazda belə müasir ölkə var. Etiraf edim ki, valideynlərim məlum aprel hadisələrindən dərhal sonra baş tutmuş səfərimin əleyhinə idilər. Amma onlar mənim Azərbaycanı yaxından görmək və öyrənmək istəyimə hörmətlə yanaşdılar”.
Estoniyalı məktəbli təəssüratlarını bölüşərək deyir: “Azərbaycanın paytaxtı unudulmaz gözəlliyi ilə məni məftun etdi. Bakını sevməmək mümkün deyil. Məni şəhər sakinlərinin mehribanlığı və səmimiliyi, paytaxtın xüsusi energetikası isindirirdi.
İçərişəhər də böyük təəssürat oyatdı. Buradakı Şərq xalçaları, naxışlı qapılar və qədim binaların darvazaları valeh edirdi”.
Azərbaycanın ən böyük sərvətinin onun xalqı olduğunu vurğulayan Liisumariya deyir: “Fəxr ediləsi xalqdır. Mən Azərbaycan ailəsində yaşayırdım. Onların həyatını gördüm. Azərbaycan yeməkləri hazırlamağa kömək edirdim. Azərbaycan ailəsində Şərqin məşhur böyüklərə hörmət ənənəsinin şahidi oldum”.
Tallində Azərbaycan bazar günü məktəbinə gedən Liisumariya arzularından danışır: “Məktəbin rəhbəri Sənəm Əliyeva Azərbaycana marağımı təşviq edir. Məqsədim Azərbaycan dilini və tarixini yaxından öyrənməkdir. Bakıya növbəti səfərimdə Azərbaycan dilində danışmaq istərdim”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar