Xəbər lenti
İmkansızlara şad xəbər - Yeni layihə ilə hər kəs...
Manevr.az
İmkansızlara şad xəbərÜnvanlı sosial yardım yeni start veriləcək pilot layihə ilə əvəzlənəcək
Bu barədə axar.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib. Yeni layihənin ünvanlı sosial yardımla əvəzlənəcəyini deyən millət vəkili qeyd edib ki, bu proses ələbaxımlılığı aradan götürəcək:
“Söhbət ünvanlı sosial yardımın ləğvindən getmir. Məşğulluq məsələsi həll olunmayan insanlara ünvanlı sosial yardımın verilməsi davam edəcək. Ancaq hazırda yeni pilot layihələr həyata keçirilir. Artıq iki rayonda bu layihələrə start verilib və 11 rayonda da həyata keçməlidir. Əgər bu layihə gələcəkdə uğurlu olarsa, proses davam etdiriləcək. Prezident öz ehtiyat fondundan 6 milyon manat vəsait ayırıb və bu pilot layihə vasitəsilə də insanlara iş yerləri təşkil olunur. İnsanlar da məhz təmin edilən yeni iş yerləri ilə özlərini dolandırmalıdır. Hər bir kəs maraq göstərdiyi sahə üzrə işlərə cəlb olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu layihəni çoxdandır həyata keçirir”.
Layihəni müsbət qiymətləndirən millət vəkili bu prosesin Azərbaycan üçün müsbət nəticə verəcəyini deyib:
“İnsanlar rahat olurlar ki, dövlətdən yardım alacaqlar. Ancaq indi insana ömürlük iş yeri və onunla məşğul olması üçün şərait yaradılır. Ünvanlı sosial yardım yeni start veriləcək pilot layihə ilə əvəzlənəcək. 3-5 il ərzində buna gedəcək olan insanlara həmin layihə üzrə şərait yaradılacaq. Əgər bu layihə uğurla davam etsə, həmin insan ünvanlı sosial yardımdan çıxarılacaq”.
V.Əhmədov ötən illər ərzində ünvanlı sosial yardımdan faydalanan insanların 150, 180 manatla öz biznes fəaliyyətini qura bilməsinin qeyri-mümkünlüyündən də söz açıb:
“Ünvanlı sosial yardım insanların biznesinin qurulması üçün nəzərdə tutulmayıb. Bu layihə iş yerlərinin sayı azaldığına görə və insanların sosial vəziyyətinin yaxşılaşması üçün nəzərdə tutulmuşdu. 150, 180 manatla hər hansı biznes qurmaq çox çətindir. Bu dövlət başçısı tərəfindən atılan bir addım idi və biz də qanuni şəkildə bunu təsdiq etdik. Qarşıda pilot layihələrin necə icra olunmasına baxacağıq”.
Qeyd edək ki, ölkədə ehtiyac meyarı 105 manat məbləğində müəyyən edilən ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən start verilib.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin I yarısının yekunlarına dair iclasında ünvanlı sosial yardımın insanlarda asılılıq yaratdığını və gələcəkdə aztəminatlı ailələrin dəstəklənməsi üçün ünvanlı yardımın formalarına dəyişiklik edilə biləcəyini açıqlayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar