Xəbər lenti
“Oğlumun sevgilisinin əlindən bir iş gəlmir” -Nura Suri – VİDEO
“Sabah gəlinim oğlumun qabağına yemək qoymasa...”
ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Nura Suri maraqlı açıqlamalar verib:
"Mənim üçün övladlarım hər şeydən öndədir. Onlara həmişə deyirəm ki, arvad alanda eləsin alın ki, mənim kimi sizə baxsın. Yuxudan durandan sonra səhər yeməkləri hazır, paltarı bir dəfə geyinib soyunub yerə atırlar onu götürürəm, yuyuram. Onlara elə baxmışam ki, şah balası kimi. Onların qayğısına çox yaxşı baxmışam. Sabah oğlum işdən evə gələndə arvadı onun qabağına yemək qoymasa, mən bunu qəbul edə bilmərəm. Tək müğənni yox, həkim də ola bilər. Gecə vaxtı əməliyyatda ola bilər. Xarici ölkədə razıyam, orada normal iş vaxtı var. Bizdə yox amma. Oğlumun qulluğunda durmaq lazımdır. İstədiyi də var oğlumun, danışırlar. Mən də qızla danışıb başa salmışam, deyir ki, "əlimdən nə gəlir edirəm". Amma belə görürəm ki, əlindən heçnə gəlmir. Ona görə çox narahatam. Yoldaşına və övladına qayğı lazımdır. Mənim missiyam övladlarıma yaxşı baxmaq. Hansısa bir qadın mənim övladlarıma əziyyət versə, qəbul etmərəm. Onda elə istək olmalıdır ki, mən əmin olmalıyam o mənim övladımı həqiqətən sevir. Bir də var ki, sevib yükləmək. O şeyləri yaşamaqlarını istəmirəm".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar